Azərbaycan Liviya müharibəsində dolayısı ilə iştirak edir – İddia
Tarix: 24-11-2019 17:35 | Bölmə: Slayd
Azərbaycan Liviya müharibəsində dolayısı ilə iştirak edir

Liviyada vətəndaş müharibəsi başlayandan bəri, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq münaqişə ilə əlaqəli şəxslərə silah verilməsi qadağan edilsə də, Liviyadakı tərəflərə sionist rejimlə (İsrail – red.) yanaşı, Türkiyə və Azərbaycan Respublikasının da dəstək verdiyi bildirilir.

Reyting.az
“IRNA”-ya istinadla xəbər verir ki, bu iddia İranın rəsmi informasiya agentliyinin saytında dərc edilmiş təhlil yazısında irəli sürülüb.

Əli Nəsirinin “Liviya – xarici PUA-ların cövlangahı” adlı məqaləsində Şimali Afrika ölkəsinin əcnəbi hərbi-siyasi güclərin döyüş meydanına çevrilməsindən bəhs olunur.

Azərbaycan Liviya müharibəsində dolayısı ilə iştirak edir

Müəllif yazır: “Müəmmar Qəddafinin devrilməsindən sonra Liviyada ikitərəfli güc mübarizəsini davam etdirir. Tərəflərdən biri BMT tərəfindən tanınan Sərracın rəhbərlik etdiyi Milli Birlik Hökuməti, digəri Şərqi Liviyaya nəzarət edən general Xəlifə Həftərdir.

Bəzi ölkələr, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı və Fransa Tripolidə BMT tərəfindən dəstəklənən Feysəl Sərrac hökumətini devirmək istəyir”.

Azərbaycan Liviya müharibəsində dolayısı ilə iştirak edir

Vətəndaş müharibəsində iştirak edən tərəflərin silah-sursatla təchizatı məsələsinə toxunan müəllif döyüşlərdə pilotsuz uçan aparatların geniş istifadəsindən də bəhs edir. O, bir sıra nəşrlərə istinadla son döyüş əməliyyatlarında vurulan PUA-ların İsrailə məxsus olduğunu yazır. Bu əsnada Əli Nəsiri qeyd edir: “Ertəsi gün Liviyadakı hadisələri izləyən ərəb jurnalistlər İsrailə məxsus PUA-ların Liviya müharibəsində iştirak edən qüvvələrə Türkiyə və Azərbaycan Respublikası vasitəsi ilə çatdırıldığını bildiriblər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}