Vahid Əhmədov: “Uşaq pulu məsələsi öz həllini tapmalıdır”
Tarix: 25-11-2019 13:43 | Bölmə: Slayd
Vahid Əhmədov: “Uşaq pulu məsələsi öz həllini tapmalıdır”

"Biz hər il dövlət büdcəsini təsdiq edirik və sonra da onun icrası məsələsini müzakirəyə çıxarırıq. Ancaq Dövlət Sosial Müdafiə Fondunun büdcəsini təsdiq etsək də, onun icrasını müzakirə edib təsdiqləmirik".

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisdə Vahid Əhmədov “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat xatırladıb ki, dövlət sosial müdafiə fondunun büdcəsi 5 milyard manatdır: “Yəni söhbət sanballı məbləğdən gedir. Mən təklif edirəm ki, Milli Məclis dövlət büdcəsi kimi Sosial Müdafiə Fondunun büdcəsinin icrası məsələsini də müzakirə edib təsdiqləsin”.

Vahid Əhmədov uşaq pulu məsələsini qaldırıb və deyib ki, bu problem həll edilməlidir. O xatırladıb ki, indi onun yaşında olan şəxslərin çoxu zamanında uşaq pulu alıb: “Biz uşaq pulu ilə böyümüşük, hər ailədə 5-10 uşaq olurdu. Hesab edirəm ki, bu məsələ də öz həllini tapmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}