“İcbari tibbi sığorta bütün ölkə üzrə işləməlidir” - Deputat
Tarix: 25-11-2019 16:35 | Bölmə: Slayd
“İcbari tibbi sığorta bütün ölkə üzrə işləməlidir”

“İcbari tibbi sığortanın tətbiqi çox böyük hadisədir. Hesab edirəm ki, bu konsepsiya düzgündür və onun əsasında icbari tibbi sığorta işləyəcək. Əlbəttə, 1-2 il müəyyən problemlər ola bilər, sonra tam işləyəcək”.

Reyting.az
xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Tibbi sığorta haqqında” Qanunun müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov əlavə edib ki, icbari tibbi sığortanın 2020-ci ildə 4 mərhələdə tətbiqinə düzgün baxmır. O, buna səbəb kimi əhaliyə 2020-ci ildə ölkə üzrə icbari tibbi sığortaya keçiləcəyi haqda fikirlərin deyilməsini göstərib: “Əhali ilə ən çox görüşən deputatlardır. Əgər mümkündürsə, icbari tibbi sığorta bütün ölkə üzrə eyni vaxtda tətbiq edilsin”.

Deputat daha sonra bildirib ki, icbari tibbi sığora əlavə dəyər vergisindən azad edilməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}