Senator ABŞ-Türkiyə münasibətlərini gərginləşdirən “erməni soyqırımı” məsələsini bloklayıb
Tarix: 25-11-2019 19:17 | Bölmə: Slayd
Senator ABŞ-Türkiyə münasibətlərini gərginləşdirən “erməni soyqırımı” məsələsini bloklayıb

Senator Lindsi Qraham Ağ Ev rəsmilərinin xahişi ilə “erməni soyqırımı”nı rəsmi olaraq tanıya biləcək Senatın qətnaməsini bloklayıb.

Reyting.az
“The Hill”-ə istinadla xəbər verir ki, Qraham, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Trampla görüşmək üçün ABŞ-da olduğu zaman əvvəllər dəstəklədiyi qətnaməni blokladığını etiraf edib.

Qraham Ağ Evin yüksək vəzifəli şəxslərinə istinad edərək, onların Senatın qətnaməsinə "lütfən, etiraz etməyinizi xahiş edirik”, - söylədiyini bildirib.

Senator bunu etməyinə yeganə səbəb kimi ABŞ və Türkiyə arasındakı münasibətləri xilas etmək cəhdi olduğunu deyib. O, əlavə edib ki, mən növbəti dəfə etiraz etmək niyyətində deyiləm.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}