Azərbaycanda olmuş erməni jurnalist: “Azərbaycan müharibəyə hazırlaşır”
Tarix: 26-11-2019 18:53 | Bölmə: Slayd
Azərbaycanda olmuş erməni jurnalist: “Azərbaycan müharibəyə hazırlaşır”

Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri bu ilin martında Ermənistan və Azərbaycan liderləri arasında əldə edilmiş humanitar əlaqələrə dair razılaşmanın reallaşmasıdır.

Reyting.az
“ArmNews”-a istinadla xəbər verir ki, bunu telekanalın “Günün sualı” verilişində “Artsax” İctimai Televiziyasının əməkdaşı Edqar Elbakyan bildirib.

“Bakı böyük, zəngin və baxımlı bir şəhərdir. Quba Stepanavandan biraz böyük olan şəhərlərimizlə müqayisə olunur. Gəncə Gümrü ilə müqayisə oluna bilər, amma daha böyük və daha zəngin bir şəhərdir. Yol boyu Azərbaycan kəndlərini də gördük".

Elbakyanın sözlərinə görə, digər postsovet ölkələrində, o cümlədən Ermənistanda olduğu kimi, Azərbaycana da qoyulan investisiyaların xeyli hissəsi paytaxta yönəldilib, bölgələr zəif inkişaf edir. “Bakının 20-yə yaxın qəsəbəsi var. Azərbaycanlılar onları "Bakı kəndləri" adlandırırlar. Bakının mərkəzində də gecəqondular var”,- deyib.

E. Elbakyan Azərbaycanda erməni tarixi və mədəni abidələrini gördüyünü bildirib. “Bakıda deyək ki, hazırda Müqəddəs Qriqori kilsəsi var, hazırda Azərbaycan Prezident Administrasiyasının kitabxanası ilə yanaşıdır. Gəncədə Filarmonik Orkestrin kamera zalı olan Müqəddəs Hovhannes Kilsəsi var. "Azərbaycanlıların Soyqırımı" ilə bağlı plakatlar Bakıdakı erməni kilsəsinin ərazisində və Heydər Əliyev Mərkəzində yerləşdirilib".

E. Elbakyanın sözlərinə görə, Azərbaycan müharibəyə hazırlaşır, məsələni həll etməyin yalnız bir yolunu görürlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}