Qarabağ danışıqları müharibə ilə nəticələnəcək – Professor
Tarix: 27-11-2019 15:22 | Bölmə: Slayd
 Qarabağ danışıqları müharibə ilə nəticələnəcək

“Qarabağla bağlı danışıqlar prosesindən heç nə gözləmirəm. Gözlədiyim odur ki, günün birində Azərbaycanın şanlı ordusu Ermənistanı fakt qarşısında aciz qoyacaq”.

Bu sözləri Reyting.az-a açıqlamasında Prezident Administrasiyasının keçmiş əməkdaşı, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların indiki vəziyyəti haqqında suala cavabında deyib.

Siyasi ekspert hesab edir ki, Ermənistanla danışıqlar fayda verməyəcək:

“Danışıqlar mənasızdır və vaxt uzadır. Müharibə şəraiti yetişəcək. Bu, qaçılmazdır”.

Professor iddia edir ki, Paşinyan hakimiyyətə gəlsə də, erməni xalqının etimadını doğrulda bilməyib: “Eyni zamanda Qarabağ probleminin həllində də irəliləyiş baş vermədi. Hesab edirəm ki, Paşinyan hökumətinin sonuna az qalıb”.

 Qarabağ danışıqları müharibə ilə nəticələnəcək
R. Məmmədov

Məmmədovun fikrincə, Paşinyan Qarabağ məsələsində güzəştə getməyəcək. Çünki öz xalqından və rəqiblərindən qorxur. Onun yeganə yolu müharibədir.

Professor bildirib ki, Paşinyan qeyri-populyar addımlar atır: “Məncə, onun addımları erməni xalqının qiyamına səbəb olacaq və Ermənistan rəhbəri bu etirazların qarşısında dayana bilməyəcək. Bu səbəbdən də problemi həll etmək üçün Azərbaycan hücum etməlidir. Yəqin ki, Paşinyan gecə-gündüz Allaha dua edir ki, kaş, Azərbaycan hücum edəydi və canım Qarabağ problemindən qurtaraydı”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}