09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Ölkədə un və un məhsullarının qiyməti qalxıb
Tarix: 08-09-2016 10:28 | Bölmə: Slayd

 

Azərbaycanda un və un məhsullarının qiyməti qalxıb.

Reyting.az-a verilən məlumata görə, 1 klaqramı 40 qəpiyə olan unun qiyməti hazırda 50 qəpiyə satılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib ki, çörəyin qiymətinin artması dolların manata nisbətən məzənnəsinin artması ilə əlaqədardır:

"Bir azəvvəl çörəyin qiymətini 40 qəpikdən 50 qəpiyə qaldırdılar. Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var. Düzdür, biz taxılın müəyyən hissəsini xaicdən alırıq. Həm də Azərbaycanda özəl un şirkətləri var. Amma dövlət və Fövqəlada Hallar Nazirliyi bu işlə məşğuldur. Unun qiymətinin qalxması dolların manata nisbətən məzənnəsi artması ilə əlaqədardır”.

Deputat qeyd edib ki, dövlət unun və çörəyin qiymətində artımın olmaması istiqamətində çalışır.

 





Bölməyə aid digər xəbərlər