09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Qiymətli kağızlar vergidən azad edildi
Tarix: 16-09-2016 12:16 | Bölmə: Slayd

Maliyyə bazarlarının inkişafı üçün Azərbaycan höküməti daha bir addım atıb.

Reyting.az saytı Fins.az-a istinadla xəbər verir ki, qiymətli kağızların 3 il müddətinə vergidən azad olunması ilə bağlı güzəştə yenidən baxan hökumət, müddətsiz vergidən azadetmə ilə bağlı qərar verib.

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov SOCAR istiqrazlarının təqdimat mərasimində belə bir açıqlama ilə çıxış edib.

N.Əmirovun sözlərinə görə, SOCAR-ın öz gəlirlərini Azərbaycan xalqı ilə bölüşməsinə imkan yaradan bu istiqrazlar həm də ölkədə qiymətli kağızlar bazarının inkişafına yeni təkan verəcək.





Bölməyə aid digər xəbərlər