09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Putinin partiyası qələbə qazandı - 135 mandat
Tarix: 19-09-2016 11:17 | Bölmə: Slayd

Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim "Vahid Rusiya” Partiyası qalib gəlib.

Reyting.az saytının məlumatına görə, bu barədə Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verib.

Mərkəzi Seçki Komissiyasının elan etdiyi ilkin nəticələrə əsasən "Vahid Rusiya” 54,28%, Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, "Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb.

Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.

Xatırladaq ki, deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizədmübarizə aparıb.

Beləliklə, ilkin hesablamalara əsasən, Dövlət Dumasına seçkilərdə 4 partiya qələbə qazanıb:

"Vahid Rusiya” 135 mandat, Liberal-Demokrat Partiyası və Kommunist Partiyası 37 mandat, "Ədalətli Rusiya” Partiyası isə 16 mandat.





Bölməyə aid digər xəbərlər