09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rektor Hacıbala Abutalıbovla Şəmsəddin Hacıyevi məhkəməyə verib
Tarix: 19-09-2016 19:58 | Bölmə: Slayd

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovla sabiq rektoru, deputat Şəmsəddin Hacıyev arasındakı gərginlik artıb.

Məlumata görə, Ədalət Muradov rektor təyin olunandan sonra sələfinin rəhbərlik etdiyi kafedranın bölməklə yanaşı, həm də onu əsas korpusdan çıxarıb. Bununla yanaşı, Şəmsəddin Hacıyevin komandasının demək olar ki, 99 faizini vəzifələrindən uzaqlaşdırıb. Hətta qızı Çeşmi Hacıyevanın rəhbərlik etdiyi qrupu belə ləğv edərək, onu da universitetdəki postuna "Əlvida!" demək məcburiyyətində qoyub.

İddia edilir ki, Ədalət Muradovun bu işlər üçün hüquqi əsasları da olub.

Məlumatda bildirilir ki, Ə.Muradov hələ də Ş.Hacıyevlə müabrizəsini yekunlaşdıra bilməyib. O, bu dəfə də Hacıyev və ailə üzvlərinin rəhbərliyində təmsil olunduğu "İqtisadçı-2005" MTK-ya qarşı məhkəmədə iddia qaldırıb.

Məlumata görə, sözügedən MTK Ş.Hacıyevin dövründə universitetin evsiz müəllimləri üçün yüksəkmərtəbəli bina tikintisi ilə məşğul olub.

 

Qeyd edilir ki, sabiq rektor həmin binada universitetə aidiyyatı olmayan kənar şəxsləri, o cümlədən deputatları, baş nazirin müavininin övladlarını, hətta hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovu da mənzillə təmin edib: "Bu, müəllimlərin ciddi narazılığına səbəb olsa da, zamanında aidiyyatı qurumlar onların səsinə səs vermədilər. Ancaq Ədalət Muradov həm narazılığı, həm də sələfini tam çökdürmək niyyətini əsas tutub, bu dəfə də "İqtisadçı-2005" MTK-ya qarşı mübarizəyə başlayıb. Əlbəttə, məqsəd bu MTK-nın sərəncamında olan universitetin yaşayış binasını və ərazini geri alaraq, öz nəzarətinə keçirməkdir".

 

Məlumatlı şəxs deyib ki, Ədalət Muradov bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı da iddia qaldırıb:

"Ədalət Muradovun rəhbərlik etdiyi Azərbaycan Dövlət İqtisad Universiteti Bakı Şəhər İcra Hakimiyyəti və 3-cü şəxs qismində "İqtisadçı-2005" MTK ilə bağlı məhkəməyə müraciət edib. İddia ərizəsində icra hakimiyyəti tərəfindən MTK-nın adına verilmiş sərəncamın qismən ləğv edilməsi, yəni binanın yerləşdiyi ərazinin və idarə olunmasının MTK-nın balansından çıxarılması tələbi qoyulub. Ancaq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə bu iddianı rədd edib".

Artıq birinci məhkəmə instansiyasının qərarından şikayət verilib və iş Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub. Şikayət hakim Kəmalə Abıyevanın sədrliyi ilə araşdırılır. Proses sentyabrın 22-də, saat 10:40-da davam etdiriləcək.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bir neçə ay əvvəl Ə.Muradov Ş.Hacıyevə məxsus olan "Turan-2009" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı da 667 min 475 manat məbləğində pulun universitetin xeyrinə ödənilməsi tələbi ilə iddia qaldırıb.

Sonda onu da qeyd edək ki, həmin MMC-nin təsisçisi rəsmi sənədlərdə Hacıyev Şəmsəddin Hümmət oğlunun həyat yoldaşı Hacıyeva Zemfira Əli qızıdır, direktoru isə qardaşı oğlu Hacıyev Cavid Fəxrəddin oğlu olub.





Bölməyə aid digər xəbərlər