











Tarix: 22-09-2016 11:48 | Bölmə: Slayd
Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin yeddinci cümləsində nəzərdə tutulmuş xüsusi əhəmiyyətli dövlət obyektlərinin Siyahısı”nı təsdiq edib.
Reyting.az xəbər verir ki, Torpaq Məcəlləsinin 46-cı maddəsində dəniz sahilindəki dövlət əhəmiyyətli obyektlərin hasarlanmasına icazə verilir.
Nazirlər Kabineti dövlət əhəmiyyətli obyektlər kimi aşağıdakıları təsdiq edib:
1.Heydər Əliyev adına Neft Emalı Zavodu (istehsalat sahələri).
2. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu.
3. Su təchizatı sistemləri.
4.Yüksək Texnologiyalar Parkı (Pirallahı rayonu).
5. Müdafiə və təhlükəsizlik orqanlarının hərbi hissələri, xüsusi təyinatlı təhsil (təlim) müəssisələri, idarələri, təşkilatları, Silahlı qüvvələrin döyüş mövqeləri, idarəetmə məntəqələri, telekommunikasiya qurğuları, radiotexniki sistemlər, bazalar, poliqonlar və hərbi təyinatlı digər qurğular.
6. Döyüş sursatlarının, partlayıcı, radioaktiv, kimyəvi, bakterioloji və zəhərli maddələrin istehsalı vəsaxlanılması müəssisələri.
7. Dövlətin müdafiəsi və sərhəd təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edən obyektlər.
8. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər dəniz limanları.
9. Gəmilər üçün yanalma körpüləri.
10. Mayaklar.
11. Bakı Gəmiqayırma Zavodu.
12. Gəmi təmiri zavodları.
13. Sumqayıt çirkab sutəmizləyici qurğusu (mövcud).
14. Lökbatan çirkab sutəmizləyici qurğusu (mövcud).
15. Bayıl Qəsri.
16. Əl Oyunları Stadionu.
17. Bakı Dəniz Vağzalının binası.
Qeyd edək ki, xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə vəya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.
Bölməyə aid digər xəbərlər