14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Tarix: 25-01-2020 09:54 | Bölmə: Slayd
40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

2019-cu ilin əvvəlindən ölkədə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib.

Reyting.az
-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, ötən dövrdə bu e-sistemlər vasitəsilə 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Onlardan 16 min 100-nə e-qaydada pensiya, 24 mininə isə müavinət və təqaüd təyin edilib.

Beləliklə, həmin şəxslərin hansısa quruma müraciətinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib.

Cari il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsi gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}