











Tarix: 23-09-2016 15:03 | Bölmə: Slayd
"Dövlətçiliyin möhkəmləndirilməsi dövlətçiliyi üstün tutan siyasi xadimlər üçün başlıca şərtdir. Mən dövlət başçısı olmuşam. Bu baxımdan Azərbaycanın dövlət rəhbərinin atdığı bütün addımları dəstəkləyirəm”.
Reyting.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov deyib.
Ayaz Mütəllibov 26 sentyabrda Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə Ümumxalq səsverməsi-referendumla bağlı fikirlərini bölüşərək bildirib ki, prezident bilir, nə edir:
"Burada təsadüfü şey ola bilməz. Biz mürəkkəb dövrdə yaşayırıq. Hər şeyi ölçüb-biçmək lazımdır. Siz bilirsiniz ki, bizim itkilərimizin böyük hissəsi Azərbaycanda daxili vəziyyətin stabil olmamasından irəli gəlib. İllər boyu demokratiya şüarları səslənib, əslində isə hakimiyyət uğrunda mübarizə aparılıb. Kimlərinsə müəyyən məqamlardan sui-istifadəsi bizə göstərib ki, bu yol itkilər yoludur. Bu, xəta yoldur”.
Eks-prezident deyib ki, biz gərək indi atılan bütün addımları dəstəkləyək: "İndi hamının azadlığı var. Amma gərək edə edək ki, bütün addımlarımız Azərbaycan dövlətinin möhkəmlənməsinə yönəlsin. Əminəm ki, prezident bu istiqamətdə fəaliyyət göstərir”.
Bölməyə aid digər xəbərlər