09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
İlham Əliyev ailə üzvləri ilə birlikdə səs verib - Fotolar
Tarix: 26-09-2016 18:12 | Bölmə: Slayd


Azərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə səs verib.

İlham Əliyev Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə daxil olub, ümumxalq referendumu ilə bağlı səsvermə bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri də izləyiblər.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verib.















Bölməyə aid digər xəbərlər