09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Con Kerri: “Dağlıq Qarabağ münaqişəsinin həlli hazırda mümkünsüzdür”
Tarix: 30-09-2016 10:51 | Bölmə: Slayd

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb".

Reyting.az saytı AzVision.az-a istinadla bildirir ki, bunu ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi-Tədqiqat İnstitutu və "Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib.

"Müasir dünyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür. Hər şeydən əvvəl liderlər buna hazır deyillər. Lakin İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil. Bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə onları keçmişdə qoymağın yolları mümkündür. Düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, – deyə Kerri vurğulayıb.

 





Bölməyə aid digər xəbərlər