Başçının müavininin qələbəsi şübhə altına düşdü: üç məntəqənin nəticələri ləğv olundu
Tarix: 18-02-2020 18:26 | Bölmə: Siyasət
Başçının müavininin qələbəsi şübhə altına düşdü: üç məntəqənin nəticələri ləğv olundu

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan Fikrət Cəfərli və Vəlican Rəcəbovun müraciətinə baxılıb.

Reyting.az
-ın məlumatına görə, şikayətlə bağlı MSK üzvü İlkin Şahbazov deyib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.

İ. Şahbazov xatırladıb ki, həmin məntəqələrdən birində seçki günü işıqlar sönüb: “Lakin videogörüntülərdən aydın olur ki, müşahidəçilər işıqlar sönəndə seçki qutularının yanında durub, oraya heç kimi yaxınlaşmağa qoymayıblar”.

MSK-nın iclasında müraciət müzakirəyə çıxarılıb, qeyd olunan məntəqələrdə səsvermənin nəticələri ləğv olunmaqla, şikayət qismən təmin edilib.

Qərar 32 saylı Suraxanı üçüncü Seçki Dairəsində seçkinin ümumi nəticələrinə təsir etməyib.

Qeyd edək ki, bu dairədən lider namizəd Suraxanının icra başçısının müavini, sabiq nazir Hüseynqulu Bağırovun xalası qızı Afət Həsənovadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}