09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Hökumət ölkənin müdafiə xərclərini azaldır
Tarix: 30-09-2016 16:36 | Bölmə: Slayd


"Gələn il müdafiə xərcləri son ildə ən aşağı səviyyədə olacaq. Çıxış yollarından biri müdafiə vergisinin tətbiq edilməsi ola bilər”.

Reyting.az-ın xəbərinə görə, bunu tanınmış iqtisadçı-alim Qubad İbadoğlu bildirib.

Q.İbadoğlu qeyd edib ki, 2017-c ilin dövlət büdcəsinin ən zəif həqləsi müdafiə büdcəsi hesab oluna bilər. Çünki, gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinə görə, 2017-ci ildə müafiə xərcləri bu illə müqayisədə 613,4 milyon manat və ya 27,5 faiz azalaraq 1 milyard 615 milyon manat (hazırkı məzənnə ilə 1 milyard dollar) təşkil edəcək. Bu göstərici, son 10 ildə, yəni 2007-ci ildən sonra ən aşağı səviyyəni xarakterizə edir. 

 

Q.İbadoğlunun fikrincə, regionda vəziyyətin gərginləşdiyi və Ermənistanın ölkəmizlə hərbi qarşıdurmasının gücləndiyi indiki şəraitdə Azərbaycanın müdafiə xərclərinin kəskin azaldılması narahatlıq doğurur:

"Eyni zamanda nəzərə almaq lazımdır ki, son zamanlar istehlak bazarında sürətlə artan qiymətlər, manatın kəskin devalvasiyası hərbi qulluqçuların həyat şəraitini pisləşdirməkdə, silahlı qüvvələrin müdafiə qabliyyətinin artırılması və yeniləşdirilməsi valyutaya olan tələbatı artırmaqdadır. Belə bir şəraitdə müdafiə xərclərinin kəskin azalmasının, hərbi qulluqçuların əmək haqlarının ixtisarının qarşısını almaq üçün çıxış yollarından biri gələn ildən etibarən müdafiə vergisinin tətbiqi ola bilər. Fikrimcə, bu vergi növü işləyənlərin gəlirlərinə şamil edilməklə, yığılan vəsait Müdafiə Nazirliyinə ayrılmalıdır ki, onlar xərcləri ilə gəlirlərini tarazlaşdıra bisinlər”.

Q.İbadoğlu qeyd edib ki, müharibə şəraitində olan bir çox ökələrdə anoloji vergi növü müxtəlif adlarla (müharibə, ordu, müdafiə və sair) tətbiq olunur.

 





Bölməyə aid digər xəbərlər