09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Ramil Usubov polis rəisi təyin etdi – Dəyişiklik
Tarix: 03-10-2016 11:27 | Bölmə: Slayd


Daxili işlər orqanlarında yeni təyinat olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub. U.Şirinovun yerinə isə hələlik təyinat yoxdur. (APA)

Bir müddət əvvəl 41-ci Polis Bölməsinin rəisi olmuş Zaur Bədəlov Qusar Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, yeni vəzifəyə təyin olunan U.Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun oğludur.





Bölməyə aid digər xəbərlər