ABŞ-da yaşamaq istəyən xarici vətəndaşlar üçün qaydalar sərtləşdirilib
Tarix: 23-02-2020 11:12 | Bölmə: Cəmiyyət
ABŞ-da yaşamaq istəyən xarici vətəndaşlar üçün qaydalar sərtləşdirilib

Fevralın 24-dən etibarən ABŞ rəhbərliyi xarici vətəndaşlara ölkədə daimi yaşamaq üçün icazələrin verilməsini ("Green Card") sərtləşdirən yeni qaydalar tətbiq edəcək. Bunun da ən çox dövlət müavinətinə güvənən əcnəbilərə toxunacağı bildirilir.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin açıqlamasında bildirilir ki, ABŞ Ali Məhkəməsi İllinoys ştatı ərazisində bu qaydaların tətbiqinə qadağa qoymağı özündə ehtiva edən son iddianı da rədd edib:

"Ali Məhkəmənin qərarından məmnunuq. Nəticədə, Daxili Təhlükəsizlik Nazirliyi bu qaydaları bazar ertəsindən etibarən tətbiq etməyə başlaya biləcək".

Xatırladaq ki, Ağ Ev hələ 2019-cu ilin avqustunda "Green Card"ların verilməsi qaydalarını sərtləşdirib. Sərəncam oktyabr ayının ortalarında qüvvəyə minməli olsa da, Nyu-Yorkdakı İkinci Dairə Apelyasiya Məhkəməsi sərəncamı əngəlləyib.

Yeni qaydalar "Green Card"ların verilməsindən imtina qərarına təsir edən amillərin siyahısını xeyli genişləndirir. Məsələn, "Medicaid" güzəştli tibbi sığortasından istifadə və qida talonları alınması proqramında iştirak nəzərə alınacaq.

Mənfi xarakteristikalar içərisində özəl tibbi sığortanın olmaması, ingilis dilini kifayət qədər bilməmək və əmək bazarına çıxışın olmamağı da nəzərdən keçiriləcək.

Qeyd edək ki, hər il, təxminən, 544 min miqrant "Green Card" üçün müraciət edir, dəyişikliklər isə 382 min insana təsir edə bilər.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}