Xəzərdə birgə hərbi təlimlər başlayır - Foto
Tarix: 27-02-2020 11:26 | Bölmə: Siyasət
Xəzərdə birgə hərbi təlimlər başlayır

Azərbaycan və İran Xəzər dənizində birgə təlimlər keçirəcək.

Reyting.az
“Təsnim”-ə istinadla xəbər verir ki, general-mayor Fuad Məmmədov başda olmaqla, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi heyəti ilə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin rəhbəri, admiral Hüseyin Xanzadi arasında görüş keçirilib.

Admiral Xanzadi Xəzər dənizinin yerləşdiyi geosiyasi ərazidə qonşu ölkələrin donanmaları arasında qarşılıqlı əlaqələrin vacib komponent olduğunu qeyd edib: “Bu günə qədər Xəzər dənizi ilə bağlı bir çox müzakirələr aparmışıq. Xəzər sahillərində beş hərbi dəniz qüvvəsi var və onlarla bağlı müvafiq razılaşmalar əldə edilib”.

Xəzərdə birgə hərbi təlimlər başlayır

Xəzər dənizinin təhlükəsizliyə ehtiyacı olduğunu vurğulayan tərəflər bildirib ki, regionda təhlükəsizlik kollektiv şəkildə qorunub saxlanmalı və genişləndirilməlidir. “Bu məkanda dəniz donanlarımızın beşi də dialoq, danışıqlar və əməkdaşlıqda iştirak edəcək”.

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələri Komandiri deyib: “İran və Azərbaycan donanmaları arasında əməkdaşlıq üçün yaxşı imkanlar var, bu, universitetlər arasında tələbə mübadiləsi əməkdaşlığının ən vacib cəhətlərindən biridir. İran və Azərbaycan dəniz qüvvələri arasında dəniz manevrləri keçirməyə hazır olduğunu bəyan edirik".скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}