09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rəcəb Tayyib Ərdoğanı ifşa etdilər - Siyasi qalmaqal
Tarix: 07-10-2016 17:23 | Bölmə: Slayd

Livanın "Əl-Ahbar" qəzeti son günlər İraq və Türkiyə arasında artan gərginliyin bir müddət əvvəl Ərdoğanın İraq baş naziri Heydər İbadiyə yazdığı məktubla əlaqələndirib.

Reyting.az xəbər verir ki, qəzet Ərdoğanın məktubda bəzi tələbləri olduğunu, ancaq İbadinin bu tələblərə sərt şəkildə rədd cavabı verdiyini yazıb.

"Əl-Ahbar" qeyd edir ki, Ərdoğan məktubda İbadidən Ninəva əyalətində Türkiyə üçün xüsusi nüfuz sahəsi yaradılmasını və xüsusilə aralarında bəzi Türkiyə vətəndaşları və İŞİD komandirlərin olduğu bir qrup şəxsin Mosuldan qaçmalarına icazə verilməsini istəyib. Ancaq H.İbadi bu tələbləri sərt şəkildə rədd edib.

Livan nəşri qeyd edir ki, Ərdoğan vədigər Türkiyə rəsmilərinin İraq hökumətinə qarşı qəzəbi məhz buna görədir.





Bölməyə aid digər xəbərlər