











Tarix: 10-10-2016 12:15 | Bölmə: Slayd
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında Qarabağla bağlı qəti mövqeyini bir daha bəyan etdi.
Ölkəbaşçısı eyni zamanda, Azərbaycana qarşı olan beynəlxalq basqılara vəikili standartlara toxundu.
Azərbaycanın prinsipial mövqedən geri çəkilməyəcəyini bəyan edən İ.Əliyev bildirdi ki, aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşsalar da, Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın: "Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır.
Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, digəri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir.
Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa, öz qərarlarına hörmət etsinlər.
Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur. Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq, istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var.
Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada "beşinci kolon"a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır vəbiz ərazi bütövlüyümüzü bərpa etməliyik".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı toxunduğu bəzi məqamlara toxunub.
Politoloq deyib ki, ölkə başçısının "Qapalı görüşlərdə bizi Dağlıq Qarabağın müstəqilliyini tanımağa məcbur etmək istəyirlər",- fikri o demək deyil ki, həmsədrlər sözün həqiqi mənasında tələbi məhz bu şəkildə qoyurlar:
"Böyük ehtimalla tələb bu şəkildə səsləndirilir ki, "Siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun". Ancaq eləbunun özünün dəprezidentin dediyi kimi, "müstəqilliyin" tanınması tələbindən fərqi yoxdur. Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir”.
Politoloq qeyd edib ki, Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi. Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığına işarədir: "Əksinə, təzyiq bizə var imiş. İndi Ermənistan prezidenti də rahat şəkildə cəmiyyətinə deyəcək ki, "Gördünüz, bizə heç bir təzyiq yoxdur, bunu rəsmi Bakı da etiraf edir".
Ermənistana təzyiq yoxdursa, deməli, böyük dövlətlər bununla Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Bizə başqa alternativ qoymurlar".
E.Şahinoğlu prezidentin Qərb dairələrinin Azərbaycana münasibəti, Qarabağ məsələsinə yanaşması ilə bağlı fikirlərini də bölüşüb. Onun sözlərinə görə, dövlət başçısı Qərb ölkələrini Yaxın Şərq ölkələrinə müdaxilədə ittiham edərək, indiki qeyri-sabitliyin səbəbkarı kimi həmin dövlətlərə işarə edib:
"Qərb ölkələrində radikal partiyaların reytinqlərinin artdığına da diqqəti çəkən İlham Əliyev sivilizasiyalararası qarşıdurmanın dərinləşəcəyini bildirdi. İlham Əliyevin çıxışının bu hissəsində səsləndirdiyi ritorik "Biz hara inteqrasiya etməliyik", "Biz hansı Avropaya inteqrasiya etməliyik",- sualları ondan xəbər verir ki, rəsmi Bakı Avropa ilə münasibətlərdə məsafəni qoruyacaq.
"Biz bu əməkdaşlığa meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var inteqrasiya",- deyən prezident qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə inteqrasiyaya yox, qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Buna misal olaraq Azərbaycan hökuməti ilə Avropa Komissiyası arasında tərəfdaşlıq formatının müəyyənləşməsi üzrə danışıqları göstərmək olar.
İlham Əliyev referendumun nəticələri haqqında danışarkən xalqın dəstəyini aldıqlarını da dedi. Müşahidə aparan beynəlxalq qurumların, xüsusilə Avropa Şurası Parlament Assambleyası nümayəndələrinin referenduma çox yüksək qiymət verdiyini xatırladan dövlət başçısı indiki siyasətə alternativin olmadığını, alternativ siyasətin ölkəni fəlakətə aparacağını bildirdi.
İlham Əliyevin Avropa Parlamenti iləbağlı fikirləri isə iki hissədən ibarət idi. Birinci hissədə dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamentinin ədalətli mövqe nümayiş etdirdiyini dedi. Ancaq İlham Əliyevötən il Azərbaycanəleyhinə qəbul etdiyi qətnaməyə görə rəsmi Bakının Avropa Parlamenti ilə münasibətləri dondurduğunu xatırlatdı. Buna baxmayaraq, İlham Əliyev Avropa Parlamentinin geri addım atdığını və Azərbaycanla dialoqu genişləndirməyi istədiyini bildirərək, bu çağırışa müsbət cavab verdiklərini dedi".
Politoloq bildirib ki, bu çıxışda Dağlıq Qarabağ danışıqları haqqında vacib detala da toxunulub. Belə ki, dövlət başçısı "Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin",- deyərək, ABŞ tərəfindən təzyiqlə üzləşdiklərinə işarə vurub: "Ancaq İlham Əliyev Qarabağla bağlı çıxışının bir hissəsində ad çəkmədən Rusiyadan da narazı qaldığını bildirdi.
"Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, digəri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi",- dedi İlham Əliyev. Bu cümlədə ən çox Rusiyaya "pay" düşür. Çünki Ermənistana silah vəpul verən əsas ölkə məhz Rusiyadır. İ.Əliyevin çıxışının bu hissəsindəson sözü bu oldu ki, təzyiqlərə rəğmən, Azərbaycan Qarabağ məsələsində heç bir güzəştə getməyəcək".
Reyting.azBölməyə aid digər xəbərlər