23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Dövlət vəsaitini mənimsəmək üçün kart fırıldağına əl atıblar - Sabiq nazirin adı korrupsiyada hallanır
Tarix: 11-03-2020 13:35 | Bölmə: Slayd

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun daha bir korrupsiya əməli ortaya çıxıb. Reyting.az Virtualaz.org-a istinadla xəbər verir ki, keçmiş işçilərinin məhkəmədə verdikləri ifadələrə əsasən H. Bağırov nazirlikdə müxtəlif adamların adlarına çoxsaylı maaş kartlarının açılmasına, nəticədə pulların kartlardan çıxarılıb mənimsənilməsinə şərait yaradıb. Və özü də hər ay bu işdən 10 min manat haqq alıb. Üstəlik, iki il əvvəl “kart korrupsiyası” sxemi ilə məşğul olan işçilərindən bir dəfəyə 265 min manat alaraq qaytarmayıb. Nazir dəyişəndə bu sxemin üstü açılıb və iştirakçılar məsuliyyətə cəlb olunub. Lakin Hüseynqulu Bağırova hələlik bu işlə bağlı hansısa irad bildirən yoxdur.
Hüseynqulu Bağırovun da qarışdığı mənimsəmə sxemi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclasında danışıblar.
Mənimsəmədə təqsirləndirlən şəxslər nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevdir. Onlardan yalnız İlqar Hacıyev həbsdədir. İş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı 27 nəfər tanınıb.
Prosesdə təqsirləndirilən Əkbər Həsənov digər təqsirləndirilən İlqar Hacıyevin vəkili Ramil Məmmədzadənin suallarına cavab verib. O, suallara cavab olaraq, rəhbəri olduğu departamentin birbaşa nazirə tabe olduğunu bildirib və əlavə edib ki, mənimsənildiyi iddia olunan 451 min manatı cari xərclər, internet, telefon xətləri, bütün kommunikasiya xətləri, Şahdağda itkin düşmüş alpinistlərin axtarışı üçün sərf ediblər.

Departamentdə müxtəlif şəxslərin adına kart açılaraq aylıq maaş ayrılması ilə bağlı suala cavab olaraq, yalnız 25-30 kartdan xəbərdar olduğunu deyən Ə. Həsənov digər şəxslərə kart açılmasında İlqar Hacıyevi günahlandırıb. İ. Hacıyev isə bunu təkzib edərək deyib ki, departamentin min nəfərdən artıq işçi siyahısı hər ay Ə. Həsənova təqdim edilib və o, hər şeydən xəbərdar olub.
Vəkil R. Məmmədzadə bu dəfə Ə. Həsənovdan sabiq nazir H. Bağırovun 2018-ci ildə ondan 265 min manat istəyib-istəmədiyini soruşub. Ə. Həsənov bu fikirlərə münasibət bildirməyib. O, digər suala cavab olaraq bildirib ki, rəhbər olduğu departament aylıq xərclərlə bağlı nazirə məlumat vermirdi: "Bütün işlər görülüb, amma etiraf edirəm ki, sənədləşmə işləri aparılmayıb. Buna görə də indi həmin məbləğ mənimsəmə və israfetmə kimi qiymətləndirilir. Nazirə demirdim, öz işimizin xətrinə edirdim".
451 min manatlıq zərərin 300 min manata yaxınını ödəyən Ə. Həsənov qalan hissəni niyə ödəməməsi ilə bağlı suala cavabında deyib ki, anlaşmaya əsasən qalan pulları İ. Hacıyev odəməli idi. İ. Hacıyev isə 151 min manatı ödəmək fikrində olmadığını deyib, ona görə ki, özünü günahkar saymır və mənimsəmədə əli yoxdur.
Daha sonra məhkəmədə sərbəst ifadə verən İ. Hacıyev deyib ki, çalışdıqları departamentdə ilk dəfə audit yoxlaması aparılanda 25 min manatlıq çatışmazlıq üzə çıxıb: "Bu, büdcəsi 2-3 milyon olan idarə üçün çox kiçik məbləğ idi. Ə. Həsənov həmin məbləği ödədi. Bir müddət keçəndən sonra bizi işdən çıxardılar. Könüllü ərizə yazmağımızı istədilər. Yazmasaydıq, audit yoxlamasının nəticəsini prokurorluğa göndərəcəkdilər. Biz də ərizə yazdıq. Sonradan keçirilən audit yoxlamasında isə dəymiş ziyan 451 min manat oldu".

İ. Hacıyev 451 min manatlıq ziyanın yaranması və ayrı-ayrı şəxslərin adına maaş yazılması barədə danışaraq bildirib ki, işlədikləri müddətdə hər ay 30-a yaxın şəxsin adına maaş yazılaraq nağdlaşdırılıb. Həmin məbləğ tam olaraq Ə. Həsənova verilib.
İ. Hacıyevin bildirdiyinə görə, keçmiş nazir H. Bağırovun 2018-ci ildə onlardan aldığı 265 min manatdan sonra işlər bu vəziyyətə çatıb: “Əkbər Həsənov bunu mənə deyəndə bildirdim ki, mən işdən çıxıram. Çünki bu işi biz bacarmazdıq və çox riskli idi. Hətta Əkbər özü də işdən çıxmaq istəyirdi. Amma iki gün sonra Ə. Həsənov gəlib dedi ki, Vüqar adlı şəxsdən bu məbləği ala bilər. Buna görə də Vüqara 10-12 faiz xeyir verilməlidir. Vüqar bizim işlədiyiniz firmalardan birinin rəhbəri idi və münasibətləri yaxşı idi. Hətta Əkbər deyirdi ki, çıxsaq da Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. Çünki o zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi. Əkbər pulu alıb nazirə verdi. Sonra biz xərcləri qaytarmaq üçün kartların sayını artırdıq. Bütün işçilərin də bir siyahısı olub və hamısını da Əkbər imzalayıb. Siyahının sonunda da ümumi ayrılan məbləğ yazılırdı. Amma indi deyir ki, 80 nəfərin adına maaş yazılmasında xəbərsizdir.
Mən dəfələrlə Əkbərə xəbərdarlıq elədim ki, bu pulu verə bilməyəcəyik. Əkbər dedi ki, nazirlə danışıb. Hüseynqulu Bağırov demişdi ki, yenidən nazir təyin olunsa, pulu tam olaraq qaytaracaq. Amma elə oldu ki, pulu verəndən bir neçə ay sonra Hüseynqulu Bağırov işdən çıxarıldı.
Onu da deyim ki, Əkbər hər ay kartlardan çıxarılan pullardan 10 min manatı nazirə çatdırırdı. Ona görə də bizim işimizdə heç bir problem olmurdu. Yeni nazir gələndə işlər qarışdı. Biz tələsirdik ki, aldığımız borcu qaytaraq. Özümüzə qazanc belə götürmürdük. Yeni nazir dedi ki, heç bir qanunsuz iş görülməsinə icazə verilməyəcək. Audit yoxlamalarından sonra bu məsələlər üzə çıxdı”.
O qeyd edib ki, bu məsələləri mediaya açıqlayacağını dedikdən sonra H. Bağırov dəymiş zərərlə bağlı Ə. Həsənovun adından 300 min manat ödəyib, qalanını isə söz versə də ödəməyib.
İ. Hacıyev ifadəsində departamentdə çalışdığı müddətdə nazirin bir çox qeyri-rəsmi göstərişlərini yerinə yetirdiklərini də açıqlayıb. O bildirib ki, söylədiklərini sübut edən səs yazıları və telefon danışıqları var.
Proses davam etdiriləcək. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.
İttihama görə, 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor və direktor müavini işləyən Ə. Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq, külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər. Zərərçəkən 27 nəfər də əmək müqaviləsi izmalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir.

Xatırladaq ki, Hüseynqulu Bağırov vəzifədən uzaqlaşdırılandan sonra onun ölkədə və xaricdə, Türkiyə və bir sıra Avropa ölkələrində çoxsaylı biznes aktivləri, mülkləri, şirkətləri barədə faktlar açıqlanmışdı. Məlum olmuşdu ki, keçmiş nazirin ailə üzvləri Almaniyada, Böyük Britaniyada, Türkiyədə, Çexiyada, Latviyada və digər ölkələrdə otellərə, kommersiya daşınmaz əmlaka, müxtəlif biznes sahələri ilə məşğul olan şirkətlərə, o cümlədən Azərbaycanda otellərə və s. obyektlərə malikdir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Bu gün, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
Dünən, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
Dünən, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
Dünən, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər
9-09-2025, 08:20
Netanyahu Qəzza əhalisini bölgəni tərk etməyə çağırır
8-09-2025, 23:20
ABŞ düşüncələrə nəzarət etməyə çalışır
8-09-2025, 16:29
Rusiya Qarabağda yaşamış ermənilərdən terrorçu qrup yaratmaq istəyir