09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Keçmiş nazirin qardaşı həbs edildi – Qərar
Tarix: 14-10-2016 13:29 | Bölmə: Slayd


Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərovun böyük qardaşı Əli Ələsgərov vergi ödənişindən boyunqaçırma ittihamı üzrə həbs edilib.

Reyting.az Turan-a istinadla xəbər verir ki, Ə.Ələsgərov barəsində 3 aylıq həbs qərarı çıxarılıb.

Əli Ələsgərov sahibkardır. Onun biznesi qardaşı muxtar respublika MTN-inə rəhbərlik etdiyi dövrdə çiçəklənib. Beləki, onun Ordubadda broyler fabriki, Şərurda balıqyetişdirmə müəssisəsi vəictimai-iaşə obyektləri olub.

Qardaş Ələsgərovlar vətəndaş cəmiyyətinin yerli fəallarına və jurnalistlərə sərt münasibətləri ilə məşhur idilər.

İyunun 24-də Naxçıvanın Hərbi Məhkəməsi Vəli Ələsgərovu bir sıra ağır cinayətlərdə - mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz qulaqasmada təqsirli bilərək barəsində 14 il həbs qərarı çıxarıb.





Bölməyə aid digər xəbərlər