Qiyamçı general Türkiyəyə müharibə elan etdi
Tarix: 24-05-2020 18:23 | Bölmə: Slayd
Qiyamçı general Türkiyəyə müharibə elan etdi

"Liviya Milli Ordusu"nun komandanı Liviya torpağında olan istənilən türk və muzdlu əsgərin onun qüvvələri üçün qanuni hədəf olacağı ilə təhdid edib.

Reyting.az
“Sky News”-a istinadla xəbər verir ki, general Xəlifə Həftər bunu qoşunlarına audio mesajında bildirib. "Liviya xalqının sərvətlərinə tamah salmış türk müstəmləkəçiliyi ilə mübarizə aparacağıq. Müstəmləkəçilər məğlub olana qədər müharibəni davam etdirəcəyik".

“Liviya Milli Ordusu”nun komandanı Tripolidəki rəqib hökuməti də “türk müstəmləkəçiliyi”nə qarşı mübarizəyə çağırıb.




Bölməyə aid digər xəbərlər