Azərbaycanın bir kəndi nəzarətə götürüldü: virus təhlükəsi artır
Tarix: 24-05-2020 23:31 | Bölmə: Cəmiyyət
Azərbaycanın bir kəndi nəzarətə götürüldü: virus təhlükəsi artır

Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bir neçə rayonda infeksiyaya yoluxma halları artıb.

Reyting.az
xəbər verir ki, son məlumata görə, Kürdəmir rayonunun Sığırlı kəndində təkcə son iki gündə 12 nəfərdə koronavirus aşkarlanıb. Artıq bu kənddə koronavirusa yoluxanların sayının 17-yə çatdığı bildirilir. Xəstələr arasında 1 yaşlı uşağın da olduğu bildirilir.

Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, mərkəzi xəstəxana, Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar və sakinlərdən yaxma analizləri götürülüb.

Onlara zərurət olmadığı halda evdən bayıra çıxmamaq, tibbi maskalardan və əlcəklərdən istifadə tövsiyə edilib.

Rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kürdəmir rayonu üzrə bu günə kimi koronavirusa yoluxanların ümumi sayı 65 nəfərə çatıb. Onlardan 16 nəfəri sağalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}