Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayıb - Video
Tarix: 01-06-2020 14:24 | Bölmə: Cəmiyyət
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayıb

İyunun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

Reyting.az
Təhsil Nazirliyinə istinadla xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 5 iyun saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}