18:29 / 09-07-2020
Seulun meri itkin düşüb
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib
Tarix: 02-06-2020 18:20 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309.901 test aparılıb.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}