Tramp: “Koronavirusa qarşı peyvənd hazırlanıb”
Tarix: 06-06-2020 01:17 | Bölmə: Slayd
Tramp: “Koronavirusa qarşı peyvənd hazırlanıb”

ABŞ-da koronavirusa qarşı peyvənd hazırlanıb. Əgər sınaqdan uğurla keçərsə, 2 milyon dozası bazara çıxarılacaq.

Reyting.az
CNBC-ə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Cümə günü keçirdiyi brifinqdə məlumat verib.

Tramp deyib ki, peyvəndlərlə bağlı çox ciddi irəliləyiş var: “Əslində nəqliyyat və logistika ilə bağlı hərəkət etməyə hazırıq. Bizim 2 milyondan çox peyvənd dozamız təhlükəsizlik sınağından keçərsə, yola salınmağa hazırdır”.

Peyvəndlərin istehsalında iştirak edən Ağ evin səhiyyə məsələləri üzrə müşaviri doktor Entoni Fauçi, ABŞ prezidentinin dediklərini şərh etmək istəməyib. O, Trampın bu barədə danışdığını eşitmədiyini deyib.

Qeyd edək ki, daha əvvəl koronavirus peyvəndinin yüzdən çox prototipinin sınaqdan keçirildiyi bildirilirdi. ABŞ prezidenti, keçən ay ABŞ hökumətinin qısa müddətdə təsirli və təhlükəsiz bir peyvənd əldə etməsi üçün bu araşdırmaların maliyyələşdirilməsinə kömək edəcəyini söyləmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}