Azərbaycanda daha 129 nəfər koronavirusa yoluxub, ölənlər var
Tarix: 07-08-2020 16:57 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 129 nəfər koronavirusa yoluxub, ölənlər var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalarda müalicə alan aktiv xəstə sayı 3197 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872, ötən müddət ərzində isə ümumilikdə 773051 test aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}