14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycanda daha 105 nəfər yoluxub, 5 nəfər vəfat edib
Tarix: 08-08-2020 15:47 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 105 nəfər yoluxub, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib, aktiv xəstə sayı 2937 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}