16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyə təhlükəyə çevrilmiş adaları mühasirəyə alıb, boğazları bağlamağa hazırlaşır
Tarix: 16-09-2020 12:49 | Bölmə: Slayd
Türkiyə təhlükəyə çevrilmiş adaları mühasirəyə alıb, boğazları bağlamağa hazırlaşır

Türkiyə Yunanıstana qarşı hərbi addımlar ata bilər. Buna səbəb Yunanıstanın 1923-cü il Lozanna və 1947-ci il Paris razılaşmalarını pozaraq Egey dənizində ada və qayalıqları işğal etməsi və hərbisizləşdirilmiş statusda olan adalara hərbi qüvvələr toplamasıdır.

Reyting.az
-ın məlumatına görə, türkiyəli mütəxəssislər yaranmış gərgin vəziyyəti şərh ediblər. Mütəxəssislər bildiriblər ki, Türkiyə özünə yaxın adaları hüquqi çərçivədə “mühasirəyə almaqla” Afina ilə adaların əlaqəsini kəsə bilər.

Adalara keçidin dayandırılmasını və Yunanıstana sanksiya tətbiqini vurğulayan mütəxəssislərin fikrincə, adaların mühasirəsi Ayvalıqdan 5 mil uzaqlıqdakı Midilli adasında, habelə Çeşmənin qarşısındakı Sakkız adasında və Aydından 2 mil uzaqlıqdakı Sisam adasında mümkündür.

Türkiyənin 1936-cı ildə imzaladığı Montro Boğazlar Anlaşmasından doğan haqlarını xatırladan mütəxəssislər diqqətə çatdırıblar ki, müharibə təhdidi vəziyyətində türk ordusunun boğazı gəmilər üçün bağlaması Yunanıstan iqtisadiyyatına ciddi zərər verə bilər.

Türkiyəyə İstanbul və Çanaqqala boğazlarında tam nəzarəti saxlamaq və gəmilərin keçidini səhmana salmaq haqqı verən Montro Anlaşmasının 21-ci maddəsinə görə, Türkiyə müharibə təhdidi qarşısında Anlaşmanın 20-ci maddəsinin hökmlərini tətbiq etmək haqqına sahibdir.

Ehtiyatda olan polkovnik Midhət İşıkın sözlərinə görə, Türkiyə Şərqi Aralıq və Egey dənizlərində özünə qarşı müharibə təhdidinin olduğunu bildirərək boğazları Montro Boğazlar Anlaşması əsasında qapada bilər.

Polkovnikin fikrincə, prosesər belə davam edəcəyi təqdirdə boğazların qapadılması gündəmə gələcək: “Bu, Türkiyəyə verilən bir haqdır. Bu imkandan istifadə edilməsi Avropa Birliyi liderlərinin önümüzdəki həftədə keçirəcəyi toplantıdan çıxacaq qərarlardan asılı ola bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}