14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycan Müdafiə Nazirliyindən erməni komandanlığına xəbərdarlıq: "Təslim olun"
Tarix: 27-09-2020 16:41 | Bölmə: Slayd
Azərbaycan Müdafiə Nazirliyindən erməni komandanlığına xəbərdarlıq: "Təslim olun"

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər  normalarına uyğun həyata keçiriləcək: Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}