Ermənistan Müdafiə Nazirliyi: “Çoxsaylı itkilərimiz var”
Tarix: 30-09-2020 13:58 | Bölmə: Slayd
Ermənistan Müdafiə Nazirliyi: “Çoxsaylı itkilərimiz var”

Ermənistan Müdafiə Nazirliyi yeni itkilərin olduğunu açıqlayıb.

Reyting.az
xəbər verir ki, işğalçı ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan brifinqdə Ermənistanın çoxsaylı itkilərinin olduğunu etiraf edib. O, bu barədə əlavə məlumat veriləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi düşmən qruplaşmasının mühasirəyə alındığı barədə məlumat yayıb. Məlumata görə, cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}