20:39 / 25-11-2020
Maradona vəfat edib
Hikmət Hacıyev: “Ermənistan humanitar atəşkəsi pozur"
Tarix: 26-10-2020 09:57 | Bölmə: Siyasət
Hikmət Hacıyev: “Ermənistan humanitar atəşkəsi pozur"

Baş nazir Nikol Paşinyan saat 08.00-dan ölkəsinin humanitar atəşkəs rejiminə riayət edəcəyi barədə açıqlama verdikdən dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini artilleriyadan atəşə tutub. Bununla yanaşı Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisi də Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb. Həmçinin, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən müvafiq olaraq Gədəbəy, Tovuz və Daşkəsən rayonlarındakı mövqelərimiz də atəşə tutulur.

Reyting.az
-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, 10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərinin mülki əhalisini atəşə tutub.

Prezidentin köməçisi qeyd edib ki, 18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejimini də Ermənistan tərəfi kobud şəkildə pozub: "Bütün bunlar bir daha göstərir ki, Ermənistanın humanitar atəşkəsi sözdə dəstəkləyir, əməldə isə humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan Silahlı Qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini təmərküzləşdirmək və yeni mövqelər əldə etmək üçün istifadə edir. Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirməkdir”.

H. Hacıyev bildirib ki, Azərbaycan təmkin nümayiş etdirir, humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumatlar verilir: “Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}