21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
20:58 / 26-04-2024
İlham Əliyevlə Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
20:46 / 26-04-2024
Azərbaycan və Almaniya prezidentləri görüşüb - (Yenilənib) - Fotolar
19:35 / 26-04-2024
43 pişiyi ac-susuz saxlayan şəxsi həbs ediblər
19:06 / 26-04-2024
Rusların hücum etmək istədiyi iki xəstəxana təcili boşaldılır
18:43 / 26-04-2024
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
18:41 / 26-04-2024
İsveç Latviyaya qoşun və zirehli texnika göndərir
18:36 / 26-04-2024
Blinken Pekində Çini hədələyib
18:20 / 26-04-2024
20-yə yaxın məhbus həbsxanadan qaçmağa cəhd edib - Foto
18:15 / 26-04-2024
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatlar dəqiqləşdirilir
18:08 / 26-04-2024
Erməni deputatlar saxlanılıb
17:58 / 26-04-2024
Ermənistan XİN: "Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq"
17:39 / 26-04-2024
"Beşiktaş" daha bir futbolçu ilə müqaviləni yeniləyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:23 / 26-04-2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
17:15 / 26-04-2024
Quba-Xaçmaz Regional filialına müdir təyinatı olub
16:58 / 26-04-2024
“Krokus”dakı terror aktına görə daha bir şübhəli saxlanılıb
16:56 / 26-04-2024
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - Foto
16:11 / 26-04-2024
Azərbaycanda partiya rəhbəri həbs edilib
16:05 / 26-04-2024
Əli Əsədov daha bir qərar imzalayıb
15:52 / 26-04-2024
Qəzzada daha 51 dinc sakin həlak olub
15:46 / 26-04-2024
Avtomobil şirkəti daha bir yeniliyə imza atıb - Fotolar
15:33 / 26-04-2024
Keçmiş rektor son söz üçün məhkəmədən yenə vaxt istəyib
15:14 / 26-04-2024
Azərbaycan prezidenti Almaniya kansleri ilə görüşüb - (Yenilənib) - Fotolar
14:06 / 26-04-2024
Rusiyanın yeni silahı ABŞ-a məxsus peykləri vura biləcək
13:54 / 26-04-2024
"Qarabağ" klubu cərimələnib
13:28 / 26-04-2024
Naxçıvan Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
13:21 / 26-04-2024
Tehran-Tel-Əviv qarşıdurmasının növbəti dayanacağı haradadır?
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
00:45 / 22-04-2024
Türkiyədə yenə zəlzələ olub
Lavrov Bakıda brifinqdə: “Razılaşmanı pozmaq cəhdlər baş tutmayacaq"
Tarix: 21-11-2020 19:10 | Bölmə: Siyasət
"Rusiya Federasiyası ilə Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərpası zərurəti ilə mövqeyi tamamilə üst-üstə düşür".
Reyting.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Lavrov Türkiyənin regiondakı fəaliyyətini də müsbət dəyərləndirib: “Türkiyənin bu regiondakı rolu haqqında Rusiya Prezidenti Dağlıq Qarabağla bağlı 17 noyabr tarixli müsahibəsində ətraflı danışıb. Türkiyə bu regionda real faktordur, özü də təkcə bu regionda yox. Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır. Əlbəttə ki, suveren Azərbaycanın xarici siyasət tərəfdaşını seçmək hüququ var, necə ki, Ermənistan da özünü xarici siyasət tərəfdaşlarını seçir. Bizim Türkiyə ilə Azərbaycan ərazisində Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılmasından ötrü Azərbaycanı dəstəkləməyimiz barədə prinsipal razılaşmamız var. Hansı ki, bu mərkəz məsafədən texniki vasitələrlə Dağlıq Qarabağ və ətrafında atəşkəs rejiminə riayət olunmasını izləyəcək. Bu, atəşkəsin dayanıqlılığını təmin edəcək əlavə faktor olacaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb/APA.
Lavrov daha sonra deyib: "Siyasi məharət yəqin ondan ibarətdir ki, hər hansı təşəbbüslər irəli sürülərkən, bu və ya digər regionda vəziyyətə real təsir göstərən bütün amillər tam həcmdə nəzərə alınsın. Prezident Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə birlikdə keçirilən sürəkli, gərgin danışıqların uğuru da ümumiyyətlə desək, çox cəhətdən danışıqların bütün iştirakçılarının söylədikləri, onların rəhbər tutduqları qiymətləndirmələrin reallığı ilə şərtlənmişdi. Bildiyiniz kimi, Türkiyə tərəfi ilə bizim Azərbaycan tərəfindən də dəstəklənmiş prinsipial razılaşmamız var ki, Azərbaycan ərazisində Rusiya-Türkiyə monitorinq mərkəzi yaradılsın. Bu mərkəz Dağlıq Qarabağda və onun ətrafında atəşkəs rejiminə əməl olunmasını distant şəkildə, texniki vasitələrin köməyi ilə izləyəcək. Bu əlavə amil barışığın davamlılığını təmin etməyə imkan verəcək. Əlbəttə, bu məsələdə rusiyalı sülhməramlılar mühüm rol oynayacaqlar”.
Nazir həmçinin, Rusiyanın qurumlararası nümayəndə heyətinin Yerevana və Bakıya səfərinin nəticələri barədə prezident Vladimir Putinə məlumat veriləcəyini də bildirib: “Danışıqların nəticələrini çox müsbət hesab edirik. Bu da prezidentə (Vladimir Putin - Red) qurumlararası nümayəndə heyətinin Ermənistan və Azərbaycana səfəri barədə verilən təlimatın yerinə yetirildiyini bildirməyə imkan verəcək”.
Lavrov daha sonra bildirib ki, Rusiya beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı humanitar problemlərin həll edilməsinə fəal cəlb olunmasında maraqlıdır: “Biz beynəlxalq təşkilatların, BMT sistemlərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı humanitar problemlərin həll olunmasına Rusiya sülhməramlı missiyası və humanitar mərkəzlə birgə işləməsində maraqlıyıq. Bundan sonra bu istiqamətdə birgə fəaliyyətimizi davam etdirəcəyik”.
XİN başçısı qeyd edib ki, Rusiya Federasiyası ilə Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərpası zərurəti ilə mövqeyi tamamilə üst-üstə düşür: “Əsas nəticə budur ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabrda əldə etdikləri razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqlənib. Razılaşma Dağlıq Qarabağda qan tökülməsini dayandırdı. Azərbaycan Prezidenti bu gün birgə üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla həyata keçirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdi”.
Lavrov Bakıda aparılan danışıqların yekununu da olduqca müsbət hesab edib: “Bugünkü görüşdə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərimizi müzakirə etdik. Koronavirus pandemiyası bitəndən sonra əyani şəkildə tədbirlərə qayıtmağımız barədə konkret addımlardan danışdıq. Bu tədbirlər hökumətlərarası komissiyanın iclası, regionlararası forum, Bakı Humanitar Forumu, gənclərin təşəbbüsü ilə olan forumlardır. Bizim ikitərəfli strateji münasibətlərimizi inkişaf etdirmək üçün çoxlu əsaslarımız var”.
Lavrov danışıqlarda Rusiya ilə Azərbaycan arasında beynəlxalq təşkilatlardakı əməkdaşlığın da müzakirə olunduğunu söyləyib: “Beynəlxalq təşkilatlarda, BMT, ATƏT-dəki əməkdaşlığımızı müzakirə etdik, harada ki, bir çox əsas prinsipal məsələlərlə bağlı mövqeyimiz üst-üstə düşür. Bizim Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də birgə layihələrimiz və beş Xəzəryanı ölkə çərçivəsində birgə əməkdaşlığımız var. Ona görə də danışıqların yekununu olduqca müsbət hesab ediririk.
Bakıda bugünkü danışıqlarımızın əvvəlində Azərbaycan Prezidenti ümumi şəkildə qeyd etdi ki, noyabrın 9-da əldə edilmiş razılaşmalar heç də hamının xoşuna gəlmir. Sizin indicə xatırlatdığınız kimi, biz də qeyd edirik ki, bu razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin mənim fikrimcə, bu cəhdlər baş tutmayacaq".
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, Fransa və Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin məhz hazırda 9 noyabr tarixli üçtərəfli birgə Bəyanatın inkişaf etdirilməsi və həyata keçirilməsi şəklində maddiləşən prinsiplər əsasında nizamlanmasının zəruriliyini dəfələrlə vurğulayıblar:
"İkincisi, əlbəttə, biz bunu daim vurğulayırıq, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bizim fransalı və amerikalı həmkarlarımızın Moskvaya səfəri zamanı xatırlatmışıq ki, hər hansı başqa münaqişə kimi, bu münaqişə barəsində də, ilk növbədə, düşünmək lazımdır ki, insanlar qanlı müharibələrdə ölməsinlər, həlak olmasınlar, dinc həyat nizamlansın və dinlər, mədəniyyətlər yanaşı mövcud olsunlar, müxtəlif etnik və konfessional qrupları təmsil edən insanlar birlikdə, sülh və təhlükəsizlik şəraitində yaşasınlar.
Əgər bunu əsas götürsək, onda 9 noyabr tarixli razılaşmaları mənfi mənada interpretasiya etməyə və ya onları şübhə altına almağa az da olsa imkan verə biləcək heç bir səbəb görmürəm. Lakin ilk yerə geosiyasi ambisiyalar qoyulsa, onda biz burada heç nə edə bilmərik. Ancaq biz belə cəhdləri qətiyyətlə rədd edəcəyik və qüvvələrimizi bu regionda yaşayan xalqların əsas mənafelərinə cavab verən razılaşmaların reallaşdırılması üzərində cəmləşdirəcəyik".
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 18:43
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
Dünən, 16:11
Azərbaycanda partiya rəhbəri həbs edilib
Dünən, 08:56
Moskva Avropa Parlamentinə seçkilərə müdaxilə edir?
25-04-2024, 17:55
Papa Fransisk Putinə mesaj göndərib
25-04-2024, 15:50
İspaniya və daha 4 ölkə Fələstin dövlətini tanımağa hazırlaşır
25-04-2024, 15:08
"Azərbaycanda respondentlərin 74,9%-i "TikTok"a məhdudiyyətlərin tətbiq edilməsini istəyir"
25-04-2024, 12:40
Nüşabə Sadıxlı: "İsa Qəmbər hələ qərarını açıqlamayıb"
24-04-2024, 15:12
Ələsgər Məmmədlinin sağlıq durumu pisləşir
24-04-2024, 12:18
YAP-çı deputat Rəsul Quliyevin müdafiəsinə qalxıb
24-04-2024, 11:42
Müsavat Partiyası növbəti qurultaya hazırlaşır
24-04-2024, 09:45
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı daha bir qərar çıxarılıb
23-04-2024, 17:14
Paşinyan Ermənistan-Azərbaycan arasında ilk sərhəd dirəyinin fotosunu paylaşıb - Foto
23-04-2024, 15:10
Azadlıq Partiyası ləğv olunub? - Açıqlama
23-04-2024, 15:00
Vüqar Səfərli ilə sabiq icra baçısı əfv üçün müraciət edib
23-04-2024, 14:57
Ceyhun Bayramov Çexiya baş naziri ilə görüşüb
23-04-2024, 10:47
Səadət Bənənyarlı: "Qubad bəyin ev dustaqlığına buraxılmasını yüksək qiymətləndirirəm"
23-04-2024, 10:35
Rəsmi Tehrandan 4 kəndin geri qaytarılmasına reaksiya: "Bu, sülhün bərqərar olması üçün zəruridir"
23-04-2024, 08:42
NATO Polşada nüvə silahı yerləşdirə bilər
23-04-2024, 08:04
Baş katibi gərgin görüşlər gözləyir
22-04-2024, 16:57
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb
22-04-2024, 16:22
Deputat Cenevrədə Azərbaycanı təmsil edəcək
22-04-2024, 14:28
Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək
22-04-2024, 13:54
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
22-04-2024, 12:21
Paşinyan delimitasiya komissiyasının nəzdində işçi qrup yaradıb
22-04-2024, 10:39
“Stratfor”: Ermənistanla münasibətlərin normallaşması Türkiyəni Cənubi Qafqazda gücləndirəcək
20-04-2024, 15:44
Ceyhun Bayramov İran səfiri ilə görüşüb
20-04-2024, 09:46
Sülhməramlıların Qarabağı tərk etməsi separatçı ermənilərin narahatlığına səbəb olub
20-04-2024, 00:37
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
19-04-2024, 16:00
Ədalət Məhkəməsində Azərbaycanın tələbi ilə ictimai dinləmələr keçirilib
19-04-2024, 15:29
Ceyhun Bayramov Fələstinin baş naziri ilə telefonda müzakirə aparıb
19-04-2024, 15:11
Türkiyə XİN: "İran-İsrail gərginliyi daimi münaqişəyə çevrilə bilər"
19-04-2024, 11:34
Deputat Milli Məclisdə: "Sülhməramlıların Qarabağdan çıxarılması..."
19-04-2024, 09:37
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
18-04-2024, 16:15
Prezident Nyu-Yorkda keçmiş prezidentlə görüşüb
18-04-2024, 15:46
Qubad İbadoğluya yekun ittiham aktı elan edilib
18-04-2024, 14:29
Zaxarova: "Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün hər şeyi edib"