18:21 / 23-01-2021
Şahbuzda zəlzələ olub
Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib
Tarix: 27-11-2020 17:54 | Bölmə: Cəmiyyət
Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib

Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Əkbər İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılmışdı.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri unikal.org yazıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}