00:37 / 23-01-2021
Emin Əmrullayev: “Təəssüf, fikrim elə təqdim edildi ki, guya "öyrənmək olmaz" demişəm"
00:04 / 23-01-2021
Britaniya şirkəti Qarabağda kəşfiyyat işləri aparacaq
23:55 / 22-01-2021
Afət Fərmanqızı: “Nəsimidən oxudum, maşın aldım, Nizamidən də oxuyub təyyarə alacam” - Video
23:42 / 22-01-2021
"Arsenal" komandası "Real"ın futbolçusunu alır
23:38 / 22-01-2021
Ermənistanın vəzifəli şəxsi ölkədən qaçıb
23:14 / 22-01-2021
Bill Qeytsə koronavirusa qarşı peyvənd vurulub
23:10 / 22-01-2021
İsveçrədə “Pfizer” peyvəndi vurulan beş nəfər ölüb
22:58 / 22-01-2021
Gənclər və idman naziri komaya düşüb
22:49 / 22-01-2021
Üç vəzifəli şəxs saxlanılıb - Əməliyyat
19:52 / 22-01-2021
AMEA-da kadr dəyişikliyi: vəzifədən azad edilənlər və yeni təyinatlar var
19:48 / 22-01-2021
Çavuşoğlu: "Ərdoğan verdiyi sözləri tutur, Avropa İttifaqı da verdiyi sözü tutmalıdır"
19:35 / 22-01-2021
Rusiya Azərbaycanın 13 şirkətinə pomidor və alma ixracına icazə verib
19:29 / 22-01-2021
Nazirlik film layihələri müsabiqəsi elan edib - Şərtlər
19:18 / 22-01-2021
Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri ilə bölgədəki son vəziyyəti müzakirə edib
19:05 / 22-01-2021
Gürcüstan prezidenti: “NATO Qafqaza daha çox diqqət ayırmalıdır”
18:52 / 22-01-2021
Döyüş zonasında xidmət edən hərbçilərin maaşları azaldılıb? - Açıqlama
18:33 / 22-01-2021
Azərbaycanda daha 280 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
18:31 / 22-01-2021
“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq
18:21 / 22-01-2021
Məhkəmə: "Lizinq müqaviləsi kredit müqaviləsi sayıla bilməz"
18:12 / 22-01-2021
Məşhur akademik direktor vəzifəsindən çıxarılıb
18:01 / 22-01-2021
ARDNF-in 2020-ci il üzrə gəlir və xərcləri açıqlanıb
17:54 / 22-01-2021
"Ali təhsil haqqında" qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
17:51 / 22-01-2021
Ermənistan AES-in fəaliyyəti bir müddətə dayandırılacaq
17:43 / 22-01-2021
Ramin Bayramlı: "Yaxın 2 həftədə bütün tibb işçiləri koronavirusa qarşı vaksinasiyadan keçəcək"
17:39 / 22-01-2021
Keçmiş xüsusi təyinatlının 3 medallı övladı - Fotolar
17:34 / 22-01-2021
ABŞ-da daha 188952 koronavirusa yoluxub
17:32 / 22-01-2021
Gürcüstan prezidenti NATO Baş katibi ilə görüşüb
17:19 / 22-01-2021
Universitetə prorektor təyin olunub - Foto
17:13 / 22-01-2021
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
17:09 / 22-01-2021
MN Füzulidən növbəti görüntülər yayıb
23:47 / 19-01-2021

21:15 / 19-01-2021

17:09 / 22-01-2021

12:20 / 19-01-2021

17:29 / 20-01-2021

15:29 / 19-01-2021

13:00 / 18-01-2021

15:31 / 18-01-2021

12:07 / 22-01-2021

17:39 / 22-01-2021

13:31 / 20-01-2021

16:49 / 18-01-2021

Türk alimləri dünyanı koronavirusdan xilas edir - Fotolar
Tarix: 02-12-2020 17:06 | Bölmə: Slayd

Dünyada ilk dəfə olaraq rəsmən lisenziya alan, kütləvi istifadəsinə dövlət səviyyəsində icazə verilən COVİD-19 vaksinini türk alimləri kəşf edib.
Reyting.az xəbər verir ki, Novator.az saytı bununla bağlı geniş material hazırlayıb.
Materialda ABŞ-ın “Nyu-York Tayms” qəzetinin, “Associated Press” agentliyinin, CNN kanalının, Avropanın “Euronews” kanalının və Böyük Britaniyanın “The Guardian” qəzetinin yaydığı materiallardan istifadə olunub.
Neçə aydır dünyanın müxtəlif ölkələrində koronavirus əleyhinə peyvəndlər hazırlanır. Bu peyvəndlər könüllülər üzərində sınaqdan keçirilir. Qaydaya görə, klinik sınaqdan uğurla keçən peyvəndə sonradan dövlət səviyyəsində lisenziya verilməlidir. Hər hansı potensial peyvənd (yəni namizəd peyvənd) yalnız bundan sonra kütləvi istifadəyə buraxıla bilər.
Ən uğurlu sınaq haqda məlumat dünyada bu il noyabrın 9-da yayıldı. Bəlli oldu ki, Almaniyanın “BioNTech” şirkətinin sahibləri Uğur Şahinin və onun xanımı Özləm Türəcinin kəşf etdiyi vaksin klinik sınaqlar zamanı 90 faizdən çox effekt verib.
“BioNTech” koronavirus vaksini üzərində işi ABŞ-ın “Pfizer” şirkəti ilə birgə aparır. Ona görə də bu peyvəndin adı dünya mediasında “Pfizer”- “BioNTech” kimi hallanır.
“Pfizer” şirkəti əsasən maliyyə-texniki işləri həyata keçirir. Birbaşa laborator şəraitdə vaksini hazırlayan, kəşf edən isə Uğur Şahin və Özləm Türəci cütlüyü, onların başçılığı altında çalışan alimlər qrupudur.
Uğur Şahinin 55 yaşı var. O, Türkiyənin İskəndərun şəhərində doğulub. 4 yaşında olanda ailəsi Almaniyanın Köln şəhərinə köçüb. Valideynləri orada “Ford Motor” şirkətinin fabrikində işləyiblər.
Uşaqlıqdan həkim olmaq istəyən Uğur Köln Universitetində tibb təhsili alıb. 1993-cü ildə bədxassəli şiş hüceyrələrinin immunoterapiyası üzrə apardığı tədqiqatla doktorluq dərəcəsinə yiyələnib.
Uğur Şahin Özləm Türəci ilə karyerasına başladığı dövrlərdə tanış olub.

Özləm Türəci İstanbuldan mühacirət etmiş türk həkimin qızıdır. Almaniyada doğulub. Hazırda 53 yaşı var.
Uğur Şahin və Özləm Türəci “BioNTech” şirkətinin əsasını birlikdə qoyublar. Yəni onlar bu şirkətin sahibidirlər. Amma cütlüyün şirkətdə konkret vəzifələri də var. Uğur Şahin “BioNTech”in baş direktoru, Özləm Türəci baş həkimidir.
Uğur Şahin və Özləm Türəci əvvəllər Sürix Universitetində tədqiqatla məşğul olublar, həm də bu universitetdə dərs deyiblər. Uğur Şahin Sürix Universitetində Nobel mükafatı laureatı Rolf Zinkernagelin laboratoriyasında da çalışıb.
2001-ci ildə Uğur Şahin və Özləm Türəci “Ganymed Pharmaceuticals” adlı şirkət yaradıblar. Burada onlar monoklonal anticisimlərdən istifadə yolu ilə xərcəngin müalicəsi üçün dərman istehsal ediblər.
Bir neçə il sonra onlar xərçəngin müalicəsində daha geniş spektrli texnologiyadan, o cümlədən mRNT texnologiyasından istifadə etmək məqsədilə “BioNTech”in əsasını qoyublar. Uğur Şahin bunu belə izah edib: “Biz Avropada böyük əczaçılıq şirkəti qurmaq niyyətindəyik”.
2016-cı ildə Uğur Şahin və Özləm Türəci “Ganymed Pharmaceuticals” şirkərini 1.4 milyard dollara satıblar.
“BioNTech” koronavirus pandemiyasından öncə də sürətlə inkişafda olub, şirkətin büdcəsi yüz milyonlarla dollara qədər artıb.
2019-cu ildə ABŞ-ın Bill və Melinda Qeyts Fondu HİV virusu və vərəmin müalicəsi üçün “BioNTech”ə 55 milyon dollar sərmayə qoyub.
Həmin il Uğur Şahin İranın iki ildən bir elm və texnologiya sahəsində uğurlara imza atmış müsəlmanlara verdiyi “Mustafa mükafatı”na layiq görülüb.
2019-cu ildə “BioNTech” öz səhmlərinin bir hissəsini əhaliyə satıb. 2020-ci ilin payızında “BioNTech”in bazar dəyəri 21 miyard dolları keçib. Bu da Uğur Şahin və Özləm Türəci cütlüyünün Almaniyanın ən varlı adamları sırasında olması deməkdir. Yəni onlar milyarderdirlər.
“Nyu-York Tayms” qəzetinin yazdığına görə, hər iki milyarder yeniyetmə qızları ilə birlikdə ofislərinin yaxınlığındakı sadə bir mənzildə yaşayır. İşə velosipedlə gedib-gəlirlər. Heç birinin maşını yoxdur.
Hazırda “BioNTech”in 1800-dən çox işçisi, Berlində və Almaniyanın digər şəhərlərində, eləcə də ABŞ-da (Kembricdə, Massaçusetsdə) ofisləri var.
“BioNTech”in “Pfizer”lə əməkdaşlığı pandemiyadan bir qədər əvvələ təsadüf edir. Bu iki şirkət 2018-ci ildən əməkdaşlıq edir.
“BioNTech” şirkəti koronavirus vaksini üzərində işləməyə 2020-ci ilin yanvar ayından – Uğur Şahin “The Lancet” tibb jurnalında bir məqaləni oxuyandan sonra başlayıb. Doktor həmin məqaləni oxuyanda əmin olub ki, Çinin bəzi yerlərində sürətlə yayılan koronavirus dünyanı bürüyəcək, pandemiyaya çevriləcək. Beləliklə, Almaniyanın Mayns şəhərində məzuniyyət keçirən şirkətin alimləri tətili yarımçıq qoyub “İşıq sürətli layihə” adını verdikəri işə başlayıblar.
Uğur Şahin oktyabr ayında verdiyi bir müsahibəsində deyib: “Dünyada bu işi bizim qədər sürətlə görəcək potensiallı və səriştəli şirkət çox azdır. Ona görə də mən bunu fürsət kimi deyil, öhdəlik kimi dəyərləndirdim. Anladım ki, biz vaksin ishesal edən ilk şirkətlərdən biri ola bilərik”.
Bir neçə ümidverici potensial vaksini müəyyənləşdirəndən sonra Uğur Şahin qərara alıb ki, onları tezliklə sınaqdan keçirsin və ən yaxşılarını bazara çıxarsın. Lakin bunun üçün səlahiyyətli orqanların razılığı olmalıdır. Ona görə “BioNTech” şirkəti bu işdə də “Pfizer”lə əməkdaşlıq etməyə qərar verib. “BioNTech”lə “Pfizer” koronavirus vaksini hazırlamaq üçün birgə əməkdaşlıq barədə razılığa 2020-ci ilin mart ayında gəliblər.
“Pfizer”in baş direktoru Albert Burla yunandır. Burla “Nyu-York Tayms”a açıqlamasında Uğur Şahin haqqında bunları deyib: “Uğur çox nadir şəxsiyyətdir. Onu yalnız elm maraqlandırır. Oturub işgüzar məsələləri müzakirə etmək onluq deyil, onun biznesdən qətiyyən xoşu gəlmir. Uğur elm adamıdır və prinsipialdır. Mən ona yüz faiz inanıram”.
Mütəxəssislər istər “BioNTech”, istərsə də “Pfizer” şirkətinin səhmlərinin indən belə xeyli bahalaşacağını proqnozlaşdırırlar. Hələ “Pfizer”-“BioNTech” vaksininin klinik sınaqlar zamanı 90 faizdən çox effekt verdiyi bəyan olunandan bir gün sonra, yəni noyabrın 10-da CNN kanalı məlumat yayıb ki, “BioNTech” şirkətinin səhmləri 15%, “Pfizer”in səhmləri isə 8% artıb.
Noyabrın ikinci ongünlüyündə Uğur Şahin “Associated Press” agentliyinə müsahibəsində deyib ki, ilin sonunadək onların hazırladığı vaksinin ABŞ-da və Avropa Birliyində, ya da bunların ikisindən birində istifadəsinə rəsmi icazə verilə bilər: “Hazırladığımız vaksinin bu ilin sonunadək ABŞ-da və Avropada yayılması üçün səlahiyyəti almaq şansımız var”.
Uğur Şahinin bildirdiyinə görə, onlar vaksinin kütləvi istifadəsinə lisenziya almaq üçün ABŞ-a, Avropa Birliyi ölkələrinə, Kanadaya və Böyük Britaniyaya sorğu göndəriblər.
“Euronews” kanalının məlumatına görə, “Pfizer” və “BioNTech” şirkətləri onların vaksinini əldə etmək istəyən 30-dan çox ölkə ilə danışıqlar aparır.
“BioNTech” şirkəti vaksinin bütün dünyada yayılması və kasıb ölkələrin də bu peyvənddən faydalanması üçün satış qiymətinin aşağı salınmasını istəyir. Bu məqsədlə şirkət Dünya Səhiyyə Təşkilatı və Bill və Melinda Qeyts Fondu kimi təşkilatlarla da danışıqlar aparır.
“Pfizer”-“BioNTech” vaksininin kütləvi istifadəsinə ilk rəsmi lisenziyanı Böyük Britaniya verib. Britaniya hökuməti bu qərarı dekabrın 2-də qəbul edib. Hökumət ölkədə vətəndaşların təcili surətdə “Pfizer”-“BioNTech” vaksini ilə peyvəndlənməsini tapşırıb.

Britaniya hökumətinin qərarında “Pfizer”-“BioNTech” vaksini dünyada ən ciddi elmi tədqiqatlar əsasında hazırlanmış, effekti təsdiqlənmiş peyvənd kimi qiymətləndirilib, pandemiyanın sona çatdırılması üçün bu vaksindən kütləvi istifadə vacib sayılıb.
Böyük Britaniya bu qərarı ilə əhalinin kütləvi şəkildə koronavirusa qarşı peyvəndlənməsinə başlayan ilk Qərb ölkəsinə çevrilib. Səhiyyə və Sosial Müdafiə Nazirliyinin bəyanatında vaksinin gələn həftədən bütün Britaniya ərazisində əlçatan olacağı bildirilib.
“Pfizer”in baş direktoru Albert Burla Böyük Britaniyanın qərarını “tarixi an” kimi dəyərləndirib.
Britaniyanın indiyədək sifariş etdiyi vaksin dozalarının 20 milyon insana kifayət edəcəyi açıqlanıb. İlk növbədə tibb işçiləri, qocalar evlərinin sakinləri, ardınca digər yaşlı insanlar peyvənd olunacaqlar.
Böyük Britaniyanın baş naziri Boris Conson söyləyib ki, virusu yenmək üçün vaksinin tətbiqinə başlanandan sonra da bir müddət karantin məhdudiyyətlərinə əməl etmək lazım gələcək.
“Nyu-York Tayms” qəzeti yazır ki, iki il əvvəl Berlində infeksion xəstəliklər üzrə mütəxəssislərin konfransında çıxış edərkən Uğur Şahin əminliklə bir proqnoz veribmiş. O deyibmiş ki, qlobal pandemiya baş versə, onun şirkəti qısa zaman içərisində vaksin hazırlamaq üçün öz mRNT (məlumat RNT-si – ribonuklein turşusunun bir növüdür) texnologiyasından istifadə edə bilər: “O vaxtlar doktor Şahin və onun “BioNTech” şirkəti Avropa biotexnologiya startapçıları arasında az tanınırdı. Doktor Şahinin öz həyat yoldaşı doktor Özləm Türəci ilə birgə yaratdığı “BioNTech” şirkəti əsasən xərcəng xəstəliyinin müalicəsi ilə məşğul olurdu. Şirkət öz məhsulunu heç vaxt bazara çıxarmamışdı. O zaman hələ COVİD-19 da yox idi. Məhz bu səbəbdən doktor Şahinin Berlin konfransındakı sözləri sanki bir peyğəmbər uzaqgörənliyi idi”.
Koronavirus əleyhinə hazırladıqları vaksin klinik sınaqlar zamanı effekt verəndə isə Uğur Şahin bir müsahibəsində belə deyibmiş: “Bu, COVİD erasının sonunun başlanğıcı ola bilər”.
Bölməyə aid digər xəbərlər

Dünən, 22:58
Gənclər və idman naziri komaya düşüb
Dünən, 22:49
Üç vəzifəli şəxs saxlanılıb - Əməliyyat
21-01-2021, 21:46
ABŞ-ın Cənubi Qafqazla bağlı təhlükəli planı var - Foto
21-01-2021, 13:05
Mehman Əliyev: “Türkiyə-Ermənistan sərhədləri açılacaq”
21-01-2021, 10:29
Prokurorluq komada olan hüquq müdafiəçisi ilə bağlı müraciətə cavab vermək istəmir
20-01-2021, 17:29
Türkiyə hərbi əməliyyatlara başlayacaq
19-01-2021, 15:29
Lavrov Qarabağ məsələsində oyundankənar vəziyyətdə saxlanılıb - Deputat
19-01-2021, 14:20
Konqresdən oğurlanan kompüter rus kəşfiyyatına satıla bilər: ABŞ kəşfiyyatı hərəkətə keçib - Yenilənib
19-01-2021, 14:03
Kəmaləddin Heydərovun ailə biznesinə təhlükə yaranıb
19-01-2021, 13:07
Ermənistanda “Qarabağ klanı”na qarşı yeni birlik yaradılır - Ölkədə siyasi qarşıdurma böyüyür
19-01-2021, 12:20
Ermənistanda rusların idarə etdiyi dəmir yollarına hücumlar başlayır
19-01-2021, 12:15
Prezident Qarabağla bağlı fərman verib
19-01-2021, 11:30
İşğaldan azad olunmuş ərazilərdə yeni inkişaf modeli qurulacaq - Deputat
18-01-2021, 17:33
Müdafiə Nazirliyi şəhidlərin siyahısına daha 50 nəfərin ad və fotolarını əlavə edib - Siyahı
18-01-2021, 15:31
Qarabağdakı sülhməramlılara status verilməməlidir - Foto
18-01-2021, 13:00
Erməni alim uzunmüddətli və böyük müharibə xəbərdarlığı edir
18-01-2021, 12:31
Çovğun və güclü külək gözlənilir - Xəbərdarlıq
18-01-2021, 12:17
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib
18-01-2021, 10:56
DİN Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yayıb
18-01-2021, 00:01
Xüsusi karantin rejimi yumşaldılıb: SMS icazə ləğv olunub - Qərar
17-01-2021, 14:24
“Pfizer” və “Moderna” peyvəndlərindən ölənlərin sayı açıqlanıb
15-01-2021, 17:15
ABŞ sülhməramlıların Qarabağdan çıxmasına çalışacaq - Politoloq
15-01-2021, 13:25
Deputat: “Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü Yerevandakı proseslərdən asılıdır”
15-01-2021, 11:28
Mehriban Əliyeva Füzuli rayonundan paylaşım edib - Video
15-01-2021, 10:02
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşaya səfər ediblər - Video
14-01-2021, 22:57
Azərbaycan Ermənistana növbəti dəfə xəbərdarlıq edib
14-01-2021, 19:35
“Valday” eksperti Qarabağdan yazıb: “Yeni status-kvo yaranıb”
14-01-2021, 12:37
97 yaşlı siyasətçidən Baydenə tövsiyə: “İranla sazişə qayıtma”
14-01-2021, 11:15
Ruslar Qarabağda yeni şəhərciklər tikir - Fotolar
13-01-2021, 16:18
Gecə-gündüz Qarabağa erməni daşıyırlar - Professor
13-01-2021, 11:22
Edama məhkum edilən üç narkobaron həbsxanadan qaçıb - Şok video
13-01-2021, 09:53
Tahir Kərimli: “...Dağlıq Qarabağ münaqişəsi təftiş oluna bilməz”
12-01-2021, 16:19
Vahid Əhmədov: “2021-ci ildə devalvasiya gözlənilmir”
12-01-2021, 15:40
Tofiq Zülfüqarov: “Camaat bayraq məsələsinə daha çox diqqət yetirsə də, ən əsası nəticədir”
12-01-2021, 13:08
Rəsmi ittiham: “Paşinyan ermənilərə 38,4 milyard dollar zərər vurub”
11-01-2021, 20:32
Şəhidlərimizin yeni siyahısı açıqlanıb - Siyahı
11-01-2021, 16:22
Laçın dəhlizində Azərbaycan sərhədçiləri və gömrük əməkdaşlarımız durmalıdır - Siyasi şərhçi