Azərbaycandan ATƏT-ə şikayət olunub - Ermənistan hərbi cinayətlərini ört-basdır etməyə çalışır
Tarix: 18-01-2021 15:08 | Bölmə: Siyasət
Azərbaycandan ATƏT-ə şikayət olunub - Ermənistan hərbi cinayətlərini ört-basdır etməyə çalışır

Ermənistan Ombudsmanı Arman Tatoyan Azərbaycanda olan erməni əsirlərin qaytarılması və hüquqlarının qorunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspirşikə müraciət edib.

Reyting.az
erməni KİV-lərinə istinadla xəbər verir ki, müraciətdə digər məsələlərlə yanaşı məhkumların qaytarılması və ya sərbəst buraxılmasının müstəsna olaraq insan hüquqları və ya humanitar müddət çərçivəsində həll edilməsinin vacibliyi bildirilib.


A. Tatoyan

Azərbaycana qarşı əsassız və kəskin mövqeyi ilə seçilən erməni obmudsmanın məktubu həm hərbi qulluqçulara, həm də mülki şəxslərə aiddir.

Erməni ombudsmanı məktubunda 10 noyabr sazişindən sonra saxlanılan erməni diversantlarının terrorçu kimi mühakimə edilib cəzalandırılmasının qarşısını almağa çalışır və bu niyyətini Cenevrə Konvensiyası ilə ört-basdır etmək istəyir.

O, məktubunda Azərbaycanda olan 64 erməni haqqında bəhs edir, amma daha sonra iddia edir ki, Azərbaycan tərəfi onda olan əsirlərin sayını gizlədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}