Zərdüşt Əlizadə: “Ermənistan prezidenti və kilsə Qarabağ klanı ilə birlikdə hərəkət edir”
Tarix: 27-02-2021 16:39 | Bölmə: Slayd
Zərdüşt Əlizadə: “Ermənistan prezidenti və kilsə Qarabağ klanı ilə birlikdə hərəkət edir”

“Prezident Armen Sarksiyan vaxtı ilə Serj Sarksiyan tərəfindən prezident “təyin edilib”. Hesab edirəm ki, Armen Sarksiyan da erməni xülyalarının tərəfdarlarındandır. Maksimal şəkildə də Moskva və Qarabağ klanının sifarişi ilə oynayır”.

Bunu Reyting.az-a politoloq Zərdüşt Əlizadə Ermənistan prezidenti Armen Sarksiyanın son addımlarını şərh edərkən deyib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması haqqında təqdimatına prezident Armen Sarksiyan hələlik imza atmayıb.

Zərdüşt Əlizadə isə xatırladır ki, bir müddət əvvəl Armen Sarksiyan da Nikol Paşinyanı istefaya səsləyib: “Əlbəttə ki, bu təsadüfi və prezidentin səlahiyyətlərinə aid məsələ deyil. Prezident faktiki olaraq siyasətə qarışmamalıdır. Ancaq qarışır. Çünki Qarabağ klanının əlinə oynayır”.

Politoloq əlavə edib ki, erməni kilsəsi də N. Paşinyan hökumətinə qarşıdır: “Kilsə də köhnə mafiyanı - Qarabağ klanını müdafiə edir. II Qaragen də Nikol Paşinyanı istefaya səsləmişdi. Ancaq kilsənin bu çıxışı xalq tərəfindən ciddi qarşılanmadı”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}