Daha iki general Paşinyana qarşı çıxdı - Fotolar
Tarix: 01-03-2021 12:02 | Bölmə: Siyasət
Daha iki general Paşinyana qarşı çıxdı

Baş Qərargahın, zabitlərin və Silahlı Qüvvələrin bölmə komandirlərinin Ermənistanın Baş naziri Nikol Paşinyan və hökumətin istefası tələbinə Baş Qərargah rəsinin sabiq müavini, general-leytenant Aikaz Baqmanyan da qoşulub.

Reyting.az
-ın məlumatına görə, Aikaz Baqmanyan bəyan edib ki, Baş Qərargahın bu açıqlaması təsadüfi deyil: “Silahlı Qüvvələrin ciddi qərar verdiklərini inanır və ona qoşuluram. Məğlub olan ölkənin lideri vəzifəsində qala bilməz. O, noyabrın 10-da istefa verməli idi. İndi 2008-ci ildə olduğu kimi “1 Mart”ı təkrarlamaq istəyir - atəş etmək, avtomobilləri yandırmaq və s”.



A. Baqmanyan hesab etmir ki, ordu daxili siyasi proseslərə qoşulub: “Ordu siyasi proseslərə qarışmır, bu ölkənin təhlükəsizliyidir. Təsəvvür edirsinizmi, 7 rayon verilib, Hadrut həmçinin. Bu nədir? Düzgün qərar verilməzsə, ölkənin təhlükəsizliyini ordu rəhbərliyi təmin edir. Heç bir komandirin ölkənin təhlükəsizliyini təhdid edən və məhv olmasına səbəb olan hər hansı bir əmri yerinə yetirmək hüququ yoxdur. Baş Qərargahın bütün əmrləri təhlükəsizlik məsələləri ilə əlaqədardır”.

Paşinyana qarşı ordunu dəstəkləyən daha daha bir general isə Dağlıq Qarabağda Azərbaycan Ordusu tərəfindən ağır zərbə alan general Cəlal Arutyunyandır.

C. Arutyunyan bəyan edib ki, doğulandan hərbçidir və hər zaman ordunun yanında olacaq, bu mərhələdə heç bir təxribata da tabe olmayacaq.



Qeyd edək ki, fevralın 25-də Baş Qərargah Baş nazir Nikol Paşinyandan istefa verməsini tələb edib. Bundan sonra Baş nazir general Onik Qaspariyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsinə dair qərarını ölkə prezidenti Armen Sarksiyana göndərib. Amma prezident onu imzalamaqdan imtina edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}