Mehriban Əliyeva qadınları təbrik edib - Foto
Tarix: 08-03-2021 10:16 | Bölmə: Gündəm
Mehriban Əliyeva qadınları təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstaqram” səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Reyting.az
-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.

Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!"





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}