İbrahim Rəisi İran prezidenti seçilib - Yenilənib
Tarix: 19-06-2021 09:55 | Bölmə: Siyasət
İbrahim Rəisi İran prezidenti seçilib

İranda keçirilən 13-cü prezident seçkisinin qalibi - ilkin hesablamaya görə - mühafizəkar namizəd İbrahim Rəisidir.

Yerli KİV-lər xəbər verir ki, seçkilərdə iştirak edən yeganə islahatçı namizəd Əbdülnasir Həmmati və digər namizəd Möhsün Rezai artıq İbrahim Rəisini qələbə münasibətilə təbrik ediblər.

Prezident Həsən Ruhani də xələfinin adının məlum olduğunu, lakin hələlik adını açıqlamayacağını bildirib.

Qeyd edək ki, prezident seçkilərində azı 28,4 milyon insan iştirak edib.

Rəsmi seçki məlumatları bu gün saat 12:00-dək elan edilə bilər.

***

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanan qalib gəlib.

TASS xəbər verir ki, bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.

Xatırladaq ki, əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürmüşdü. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - Məsləhət Şurasının katibi Möhsün Rzayi və İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizade Haşimi, həmçinin İran Mərkəzi bankının keçmiş rəhbəri Əbdülnasir Həmmati arasında gedib.

İranın hazırki prezidenti Həsən Ruhani ikinci müddəti tamamladığına görə seçkilərdə iştirak etmir. Ekspertlər İranın ali lideri Əli Xamneinin İbrahim Rəisini dəstəklədiyini bildirirlər.

Seçici səsləri namizədlər arasında bu cür bölünüb: Rəisi - 17.800.000, Rezayi - 3.3000.000, Hemməti - 2.400.000, Qazizadə - 1. 000.000.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}