19 məktəb direktoru işdən çıxarılıb
Tarix: 21-06-2021 12:47 | Bölmə: Cəmiyyət
19 məktəb direktoru işdən çıxarılıb

2020-2021-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib.

Reyting.az
xəbər verir ki, BŞTİ tərəfindən 25 məktəb direktoru Fəxri Fərmanla təltif edilib.

118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb. 19 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 1 ümumi təhsil məktəbinin (304) fəaliyyəti dayandırılıb, 1 ümumi təhsil məktəbinin (152) fəaliyyəti bərpa edilib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}