14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Paşinyanın Minsk Qrupu formatında görüş təklifi nəyə hesablanıb? - Deputat
Tarix: 04-10-2021 13:06 | Bölmə: Slayd
Paşinyanın Minsk Qrupu formatında görüş təklifi nəyə hesablanıb?

“Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT-in Minsk Qrupu çərçivəsində görüşmək istəyi təsadüfi deyil. Fikrimcə, bu, Paşinyanın Rusiyanı prosesdən uzaqlaşdıraraq tək Rusiya deyil, Ermənistanın müttəfiqi olan Fransanı da bu işə cəlb etmək istəyi ilə əlaqəlidir”.

Bunu Reyting.az-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Ermənistan Baş naziri Nikol Paşinyanın bu gün keçirdiyi brifinqdə Azərbaycan lideri ilə ATƏT-in Minsk Qrupu formatında görüşün baş tuta biləcəyi haqda fikrini şərh edərkən bildirib.

A. Mollazadənin fikrincə, Ermənistan anlamalıdır ki, Azərbaycanla danışıqlar vasitəsilə üştərəfli sazişdə razılaşdırılan öhdəliklərə əməl etməklə dinc və inkişaf yoluna çıxa bilər.

Onun sözlərinə görə, Ermənistan bölgədə sabitliyin yaranması, normal dövlətə çevrilməsi üçün belə görüşlər keçirməli və zəruri addımlar atmalıdır: “Əlbəttə, burada vacib məqamlardan biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Azərbaycan dəfələrlə elan edib ki, belə olacağı təqdirdə Ermənistanın bir sıra kommunikasiya layihələrində iştirakına şərait yarada bilər. Azərbaycan sülh sazişinə hazırdır və regionda sülhün, sabitliyin olmasını arzu edir”.

ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkün olub-olmadığına gəldikdə, deputat diqqətə çatdırıb ki, ilk olaraq Ermənistan ərazi iddialarına son qoyarsa, revanşist düşüncəsindən imtina edərək normal danışıqlar prosesi üçün zəruri addımlar atarsa, bu zaman görüşün kim tərəfindən təşkil edilməsinin önəmi qalmaz. “Amma problem ondadır ki, İrəvan bəyanat və təkliflə çıxış edir, qısa müddət sonra isə fərqli bəyanatlar ortaya çıxır. Əsas məqsəd sülhdürsə Ermənistan üzərinə düşən zəruri addımları atmalıdır. Bu halda regionda normal stabillik bərpa oluna bilər. Onların revanş və hansısa ərazi iddiaları üçün şansları yoxdur”,- A. Mollazadə əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər