14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Hizbullah lideri İranın Ermənistanla bağlı sirrini açıb
Tarix: 07-10-2021 10:20 | Bölmə: Slayd
Hizbullah lideri İranın Ermənistanla bağlı sirrini açıb

“İranın xarici işlər naziri Cavad Zərif mənə dedi ki, Türkiyənin önündə dəhliz (problem) olması üçün ermənilərlə birlikdəyik”.

Reyting.az
xəbər verir ki, bu sözləri Livanda “Hizbullah”ın ilk baş katibi, şiə alim Sübhi et-Tufeyli İranın Qarabağ böhranında Ermənistanın yanında olmasının səbəblərinə toxunarkən deyib.

Qarabağ müharibəsi zamanı Tehranda olduğunu bildirən Tufeyli qeyd edib ki, İran mediasının Ermənistana dəstəyini şəxsən görüb: “Dövlət mediası ermənilərlə birlikə idi. Buna təəccübləndim. Çünki ermənilərə düşmən gözü ilə baxacaqlarını gözləyirdim. “İslam dövlətiyik”,- deyirlərsə, yerləri məzlumun yanı olmalıdır. Zalımın, düşmənin yanında durmalarını anlamıram”.

Əsirlərdir azərbaycanlıların İranda yaşadığını vurğulayan Hizbullahın sabiq lideri “Deyirlər, Azərbaycan İranın bir parçasıdır. Ona görə də azərbaycanlıların yanında durmalıdırlar”,- ifadələrini işlədib.

Tufeyli bu səbəblərdən vəziyyətin detalını öyrənmək məqsədilə o zaman İranın xarici işlər naziri olan Cavad Zəriflə görüşdüyünü qeyd edib və Zərifdən aldığı cavab belə olub: “Biz Türkiyənin türk dövlətləri ilə bağını əngəlləmək istəyirik. Təbii ki, Ermənistan-Türkiyə sərhədində”.

Tufeylinin iddiasına görə, Zərif cavabında əlavə edib ki, Türkiyənin Türkmənistan, Özbəkistan, Azərbaycan kimi ölkələrlə əlaqələrinə imkan vermək olmaz. Bu səbəbdən də Türkiyənin önündə problem yaratmaq üçün ermənilərlə bərabərdirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər