14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Xalq artisti Rasim Quliyevlə bağlı Prezidentə müraciət edib: “Cinayətin başında Abutalıbov durur” - Video
Tarix: 07-10-2021 12:43 | Bölmə: Slayd
Xalq artisti Rasim Quliyevlə bağlı Prezidentə müraciət edib: “Cinayətin başında Abutalıbov durur”
Şeyx Əbdül Mahmudbəyov

Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin təqsiri olmadan həbs edildiyini bildirir. Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Reyting.az
Şeyx Əbdül Mahmudbəyovun müraciətini təqdim edir:

“Cənab Prezident, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin heç bir günahı yoxdur. Bununla bağlı bütün faktlar və sənədlər də mövcuddur. Günahkar Hacıbala Abutalıbovdur və cinayətin başında məhz o durur. Hesab edirəm ki, Rasim Quliyevə qarşı atılan addımlar qanunsuzdur, şər və böhtandır. Cinayətin başında dayananlar isə azadlıqdadırlar. Xahiş edirəm ki, hər kəs özündə cəsarət tapıb Sizin çağırışınıza əməl etsin. Gəlin birləşib, “5-ci kalon”a xidmət edənlərdən, tayfabazlıqdan, ögey-doğmalığa xidmət edənlərdən, rüşvətxorlardan, korrupsionerlərdən canımızı qurtaraq. Qoy, kim cinayətkardırsa, cəzasını çəksin. Axı insanları dövlətdən narazı salmağa, sosial gərginlik yaratmağa nə lüzum var?


Rasim Quliyev

Cənab Prezident, Sizə yalvarır və xahiş edirəm ki, Rasim Quliyevin işinə yenidən baxılsın və istintaq təzədən başladılsın. Bu prosesə aidiyyatı olan insanları, eləcə də məni dəvət etsinlər. Beləcə, bütün günahkarlar aşkar edilsin və Hacıbala Abutalıbov müttəhimlər kürsüsündə otursun. Həmçinin bu şəxsə dəstək olanlar, şərikləri məhkəmə qarşısında cavab verməlidirlər.

Azərbaycan mədəniyyətinə, kinosuna, əxlaqına, mənəviyyatına xidmət edən bir şəxs kimi Sizdən xahiş edirəm, bu işə obyektiv yanaşılsın.

Cənab Prezident, Sizə verilmiş məlumatlar yalandır və təhrif olunub. Çünki bunlar böyük alqı-satqı ilə gedən oyunlardır. Bunların hər biri yenidən yoxlanılıb nəzarətə götürülməlidir. Xahiş edirəm, bu məsələyə xitam verilsin”.

Xalq artisti məhkəmə hakimlərinə və aidiyyəti qurumların rəhbərlərinə də müraciət edərək, məsələyə ədalətli yanaşmalarını istəyib.

Vido-müraciətə bu link vasitəsi ilə daxil olun: My Webpage




Bölməyə aid digər xəbərlər