14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
ABŞ təhlükəli bölgəyə məxfi şəkildə ordu göndərib
Tarix: 09-10-2021 12:32 | Bölmə: Slayd
ABŞ təhlükəli bölgəyə məxfi şəkildə ordu göndərib

Amerika ilə Çin arasında Tayvan mövzusunda müşahidə olunan gərginlik davam edir. Vaşinqtonun Tayvanı Çindən müdafiə etmək məqsədilə atdığı addım Pekin tərəfindən qəzəblə qarşılanıb.

Reyting.az
xəbər verir ki, “Vall Street Journal” qəzetinin ABŞ rəsmilərinə istinadla verdiyi xəbərdə ABŞ-ın Çinə qarşı Tayvana ordu göndərdiyi bildirilir.

Məlumata görə, Tayvana gələn ABŞ hərbi personalı bu ölkənin əsgərlərini döyüşə hazırlayacaq.

Tayvana ABŞ donanmasının xüsusi təyinatlı qüvvələri və dəniz piyada qoşunları gətirilib. Bundan daha mürəkkəb məsələ onunla bağlıdır ki, ABŞ-ın ordu birlikləri Tayvan adasına məxfi şəkildə daxil olublar.



Çinin son bir neçə ildə artan qəsbkarlıq niyyətlərinin Pentaqonda ciddi narahatlıq yaratdığı xatırladılır. Rəsmi təsdiqini tapmayan məlumata görə, ABŞ hərbi personalı adada ən azı bir il müddətində qalacaq.

Xatırladaq ki, bundan öncə ABŞ Çinlə hərbi, iqtisadi və texnologiya sahəsində rəqabətin kəskinləşməsini nəzərə alaraq bir sıra addımlar atıb. Belə ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) daxilində xüsusi struktur dəyişikliyi aparılıb, yalnız Çinin fəaliyyətinə fokuslaşacaq Çin Missiya Mərkəzi qurulub. Bu mərkəz müstəsna olaraq Çinin fəaliyyətini izləyəcək.

Məlumat üçün onu da qeyd edək ki, dünyanın aparıcı analitikləri hazırda geosiyasi rəqabətin əsasən Sakit və Hind okeanı regionunda getdiyini, burada əsasən Pekin və Vaşinqtonun üz-üzə gəldiyini bildirirlər. ABŞ Çini Sakit okeanda durdurmaq üçün müxtəlif platformalar da qurur. ABŞ, İngiltərə və Avstraliya da bu məqsədlə bir araya gəlib. Eyni zamanda ABŞ, Yaponiya, Cənubi Koreya və Avstraliyadan ibarət “Dördlər ittifaqı” mövcuddur.

Ötən gün Çinin rəsmi “Qlobal Times” qəzeti elan etmişdi ki, Tayvan Çinin qırmızı xəttidir və Pekin bu məsələdə müharibəyə hazırdır. Vaşinqtonun Tayvan adasına məxfi şəkildə ordu yerləşdirməsinə Pekinin reaksiyasının necə olacağı hələlik bəlli deyil.

Reyting.az




Bölməyə aid digər xəbərlər