14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Azərbaycan və Ermənistan arasında danışıqlar sürətləndiriləcək
Tarix: 11-10-2021 15:22 | Bölmə: Slayd
Azərbaycan və Ermənistan arasında danışıqlar sürətləndiriləcək

“10 noyabr bəyanatının üzərindən bir il keçməsinə az bir vaxt qalsa da sülh təmin olunmayıb”.

Bunu Reyting.az-a siyasi ekspert Elman Vəliyev deyib. O bildirib ki, ancaq son zamanlar hər iki tərəf - Azərbaycan və Ermənistan dialoqun aparılmasına konstruktiv yanaşır:

“Ermənistan Baş naziri Nkol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə eyni masa arxasında əyləşməyə razı olduğunu dilə gətirdi. Ancaq bundan əvvəl Paşinyan Moskvaya gedərək Putinlə görüşəcək. Görüşün əsas məqsədi Azərbaycan-Ermənistan danışıqlarının başlanmasını olacaq. Tərəflər 10 noyabr bəyanatını müzakirə edəcəklər. Zənn edirəm ki, bu danışıqlardan sonra münaqişə tərəfləri dialoq prosesini sürətləndirə bilərlər. Tərəflər arasında delimitasiya və demarkasiyası probleminin müzakirəsinin uzun vaxt alacağını zənn etmirəm”.

Siyasi ekspert əlavə edib ki, Paşinyan mina xəritələrini verməyin qarşılığında hərbi əsir saydıqları şəxslərin geri qaytarılmasını bəyan elədi: “Bu da ona dəlalət edir ki, tərəflər yenə bir araya gələcək”.

Qeyd edək ki, sabah Moskvada Vladimir Putin ilə Nikol Paşinyan arasında danışıqlar olacaq. Danışıqlarda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin, eləcə də regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır.




Bölməyə aid digər xəbərlər