09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiya-Ukrayna müharibəsi: ikinci cəbhə açmaq planı reallaşa bilər - Professorun şərhi
Tarix: 27-04-2022 17:08 | Bölmə: Slayd
Rusiya-Ukrayna müharibəsi: ikinci cəbhə açmaq planı reallaşa bilər

“Ukrayna tərəfi artıq Rusiya ərazisində partlayışlar törədir, dversiya işləri həyata keçirir. Bunu açıq deməsələr də, baş verənlər belə deməyə əsas verir. Mən inanıram ki, Dnestryanı regionda ötən gün baş verənlər də təsadüfi deyil. Bunu ruslar və ya ukraynalılar törədib. Separatçıların özləri də edə bilərlər. Mümkündür ki, bununla ikinci cəbhə açmaq planı var”.

Bunu Reyting.az-a professor Əli Abbasov deyib.

Onun sözlərinə görə, Moldova ərazisində Rumıniya ordusunun olmasına dair məlumatlar da dolaşır: “Düzdür, bu, rəsmi şəkildə təsdiqlənmir. Amma məlumatlar yayılıb ki, Rumıniya əgərləri artıq Moldovadadır. Bu, proseslərin hələ başlanğıcıdır”.

İnformasiyaların məhdud olduğunu diqqətə çatdıran Ə. Abbasov bildirib ki, proseslər gizli formada inkişaf etsə də, Dnestryanı regionda təxribatlar var: “Üstəlik, Denstryanının “prezidenti” Ukraynaya müraciət edərək bildirib ki, təxribatı törədənlər Ukrayna tərəfindən gəliblər, onları müəyyən edin və imkan daxilində məlumat verin”.


Ə. Abbasov

Ə. Abbasov xatırladıb ki, Dnestryanı bölgədə keçmiş SSRİ-nin ən böyük silah anbarı yerləşir. Ona görə də, Donetski separatçılarının lideri deyir ki, Donetski azad etdikdən sonra Dnestryanı ərziyə istiqamətlənməliyik. Bunlar əslində çox təhlükəlidir.

Professorun qənaətincə, Dnestryanı bölgədə “cəbhə teatrı” anlayışı üstünlük təşkil edəcək: “Yəni cəbhə genişlənəcək. Bu isə Rusiyanın xeyrinə olmayacaq. İndi səhv hərəkət ediblər və Moskva peşman olub. Moskvanın çarəsi odur ki, Donbassı tutduqdan sonra müharibəyə son qoysun. Ona görə də, hələlik Ukrayna ilə danışıqlar bitmir, atəşkəslə bağlı müsbət nəticə yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər